Almaza milyonlarla il ərzində qala biləcək məlumatların yazılması texnologiyası hazırlanıb
Elm & Texnologiya
02.12.2024
Emil Nəcəfov
Çin Elm və Texnologiyalar Universitetinin alimləri məlumatların almazlarda saxlanması texnologiyasını hazırlayıblar. Məlumata əsasən hazırlanmış texnologiya sayəsində məlumatlar almazlarda milyonlarla il ərzində qala bilər. Sözügedən texnologiya almazın atom strukturunda olan mikroskopik boşluqların istifadəsinə əsaslanır. Bu boşluqlar almazın lazer impulsları ilə şüalanması halında formalaşırlar. Bu boşluqlar məlumatları işıqlanma dəyişimləri üzərindən kodlaşdırırlar. Alimlər bu üsul sayəsində məlumatların rekord sıxlıqda saxlanmasına nail olublar. Söhbət, ümumilikdə 1.85 TB həcmdə məlumatlardan gedir. Məlumatların yazılması sürəti isə 200 femtosaniyə (0,0000000000002 saniyə) təşkil edib.
Bu texnologiya hələ kütləvi istifadə üçün hazır deyil. Lakin gələcəkdə o daha əlçatan ola bilər. Rəqəmsal dövr böyük həcmli məlumat daşıyıcılarının yoxluğu problemi ilə qarşılaşır. CD, USB daşıyıcılar və Blue-Ray disklər kimi ənənəvi variantlar böyük həcmli məlumatların öhdəsindən artıq gələ bilmirlər. Buna görə də alimlər almaz optik disklərdən istifadəni təklif edirlər. Bu cür disklər özlərində məlumatları müasir Blue-Ray disklər ilə müqayisədə 2000 dəfə daha sıx şəkildə saxlaya bilirlər. Lakin digər tərəfdən məlumatların diskə yazılma üsulu hələ də qəliz olaraq qalır. Mütəxəssislər belə bir data daşıyıcısını ərsəyə gətirmək üçün kiçik ölçülü almaz plastinlərdən istifadə ediblər. Onlar plastinləri ultraqısa lazer impulsları vasitəsilə şüalandırıblar.
Şüalanma almazın kristallik qəfəsindəki karbon atomlarının öz yerlərini dəyişməsinə və atomların olmadıqları yerlərdə boşluqların formalaşmasına səbəb olub. Məhz həmin boşluqlar məlumatların yazılması üçün əsas rolu oynayırlar. Almazın müəyyən sahəsindəki boşluqların sıxlıqlarını almazın işıqlanma səviyyəsi təyin edir. Həmin işıqlanma səviyyəsi öz növbəsində məlumatların müxtəlif mənalarının kodlaşdırılmasında iştirak edir. Mütəxəssislər boşluqların strukturlarını diqqətli şəkildə idarə edərək almazın daxilinə məlumatları yaza biliblər. Almazın daxilinə yazılmış məlumatlar milyonlarla il ərzində qala bilirlər. Almazlara məlumatların yazılması texnologiyası hal-hazırda kütləvi istifadə üçün hazır deyil. Belə ki, bu texnologiya olduqca bahalı və ölçü baxımından olduqca böyük təchizatdan təşkil edilib. Lakin mütəxəssislər əmindirlər ki, elmin inkişafı ilə bu texnologiyanın miqyasını və qiymətini kiçiltmək mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ Müdafiə Nazirliyi döyüş meydanında beyin travmasını skan edəcək texnologiyanı əldə edə bilər
ABŞ Müdafiə Nazirliyi döyüş meydanında beyin travmasını skan edəcək texnologiyanı əldə edə bilər
ABŞ Müdafiə Nazirliyi döyüş meydanında hərbçilərdə kəllə-beyin travmalarının diaqnostikası imkanlarının təyini üçün Sense Neuro Diagnostics adlı şirkət ilə 2 milyon dollarlıq müqavilə bağlayıb.
Yeni hibrid generator külək, günəş və dalğa enerjisini yığa bilir
Yeni hibrid generator külək, günəş və dalğa enerjisini yığa bilir
İsveçin NoviOcean adlı startapı hibdir generatorunun testlərini yekunlaşdırıb. Bu hibrid fenerator özündə külək, günəş və dalğa enerji sistemlərinin texnologiyalarını birləşdirir.
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Koreyalı tədqiqatçılar, real vaxtda formasını dəyişən və qeyri-bərabər səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən tənzimlənən təkər hazırlayıblar.
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
VR oyunlarını oynamaq üçün təkərli ayaqqabılar hazırlanıb! (VİDEO)
VR oyunlarını oynamaq üçün təkərli ayaqqabılar hazırlanıb! (VİDEO)
Freeaim adlı şirkət, VR oyunlarında təcrübəni təkmilləşdirmək üçün elektrikli təkərləri olan ağıllı ayaqqabılar hazırlayıb. Gəlin birlikdə ayaqqabıların nə təklif etdiyinə baxaq.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!