Alqoritm insanların fotoları əsasında onların siyasi baxışlarını və seksual orientasiyalarını təyin edə bilir

Alqoritm insanların fotoları əsasında onların siyasi baxışlarını və seksual orientasiyalarını təyin edə bilir

Texnologiya
09.03.2021 PAYLAŞIM

    Elmi araşdırmalar barəsində məqalələr dərc edən Nature adlı nüfuzlu jurnalda insanın fotosu əsasında onun siyasi baxışını və seksual orientasiyasını təyin etməyi bacaran alqoritm barədə məqalə yayımlanıb. Bu məsələ ilə bağlı tədqiqatı Stenford Universitetinin psixoloqu Michael Kosinski aparıb. Alqoritmin test ounması üçün o, Facebook-dan və müxtəlif tanışlıq servislərindən olan milyondan çox fotonu istifadə edib. Tədqiqatda əsasən ABŞ-dan, Kanadadan və Böyük Britaniyadan olmuş insanların fotoları iştirak ediblər.

    Fotoları analiz edəndən sonra isə alqoritm liberalları konservatorları təyin etməyə imkan verən 2000 özəllik təyin edib. Nəticədə alqoritm analiz edilmiş fotoların 72%-də insanların siyasi baxışlarını düzgün şəkildə təyin etməyi bacarıb. Bu isə təsadüf (50%), insan dəqiqliyi (55%) və sorğu (66%) kimi üsulların göstəricilərindən daha yaxşıdır. Alqoritmin çalışma dəqiqliyi müxtəlif ölkələr, mühit və analiz edilmiş insan simalarının müxtəlifliyi üçün eyni olub. Bundan əlavə olaraq alqoritm həmçinin insanların yaşı, cinsi və etnik mənsubiyyətlərinin nəzərə alınması ilə də bu işin öhdəsindən yaxşı gəlib.


    Təbii ki, sözügedən alqoritmin real həyata inteqrasiya edilməsindən söhbət getmir. Lakin nəzəri cəhətdən o, insanların identifikasiyası, onların yerləşdikləri yerlərin və sosial əlaqələrinin təyin olunması kimi prosesləri sadələşdirə bilər. Bundan əlavə olaraq digər biometrik sistemlərdən fərqli olaraq insan üzünün təyini üçün nəzərdə tutulmuş bu cür sistem insanların xəbərləri olmadan da istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, Kosinski buna bənzər digər bir alqoritmdən insanların seksual orientasiyalarını təyin etmək üçün də istifadə edib. Həmin alqoritmin çalışma dəqiqliyi isə 76% təşkil edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə ..

Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil...


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..

×