main-post-cover

    Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək

    Elm & Texnologiya
    23.06.2022
    Farid Pardashunas
        Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən mübahisəli texnologiyasını sərgiləyib. Belə ki, konfrans zamanı şirkət istifadəçinin yaxınlarının səsləri ilə danışa bilən smart səsgücləndiricini sərgiləyib. Məsələ burasındadır ki, sərgilənmiş smart səsgücləndirici istifadəçinin hətta vəfat etmiş yaxınlarının səsləri vasitəsilə də danışa bilir. Amazon şirkətinin baş vitse-prezidenti və Alexa səsli köməkçi şöbəsinin baş elm adamı olan Rohit Prasad səsli köməkçinin müəyyən insan səsini klonlaşdırmağı bacarmasına imkan verən funksiyadan danışıb. Konfrans çərçivəsində şirkət tərəfindən sərgilənmiş videoda balaca uşaq öz nənəsindən nağıl danışmağı yekunlaşdırmağı xahiş edib. Alexa isə uşağın sorğusunu ilk növbədə robot səsi vasitəsilə təsdiqləyib və daha sonra uşağın ailəsindən olan üzvünün səsini imitasiya edərək daha nazik və yumşaq səs tonuna keçid edib.
        Göründüyü kimi bu cür texnologiya “Black Mirror” serialının epizodlarından birinin süjet xəttinə bənzəyir. Rohit Prasad-ın sözlərinə əsasən Alexa komandası səsli köməkçiyə yüksək keyfiyyətli səs matrisasını generasiya etmək imkanını verən sistemi yarada bilib. Bununla belə yüksək keyfiyyətli səs matrisasını generasiya etmək üçün Alexa sadəcə olaraq bu və ya digər insan səsini özündə birləşdirən 1 və ya 1 dəqiqədən bir qədər az xronometraja sahib audio fayl vasitəsilə təlimatlandırılır. Sözügedən funksiya hələ hazırlanma mərhələsindədir və onun Amazon Alexa-ya tam şəkildə nə zaman inteqrasiya ediləcəyi bilinmir. Məlumatda qeyd edilib ki, bu texnologiya istənilən səsin dublikatını yaratmaq qabiliyyətinə sahibdir. Rohit Prasad qeyd edib ki, bu cür texnologiya vəfat etmiş yaxın insanların xatirələrini əbədiləşdirməyə imkan verir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər