
'Amazon', bu 4 sahəni tanınmayacaq dərəcədə dəyişəcək
Elm & Texnologiya
25.09.2017
Emil
“Morgan Stanley” şirkəti, aparıcı şirkətlərin
analitikləri arasında sorğu apararaq, “Amazon” şirkətinin, hansı sahələri
tanınmayacaq qədər dəyişəcəyini öyrənib. Mütəxəssislər, dəyişikliklərin olacağı
4 sahəni müəyyən ediblər. Həmin sahələri Bunsiness Insider təqdim edib.
Qida məhsullarının topdan satışı:

Bu ilin yay fəslində “Amazon”, Whole Foods mağazalar şəbəkəsini, 13.7
milyard dollara aldı. Müqavilənin qüvvəyə mindiyi ilk gündə şirkət, bu mağazalar
şəbəkəsindəki qiymətləri 43% aşağı saldı. Wal-Mart və Costco kimi ticarət şəbəkələri
bu cür yeniliyə reaksiya verərək qiymətləri aşağı saldılar və öz
mağazalarındakı çeşidləri artırdılar. Bununla yanaşı “Amazon”, Kohl’s mağazalar
şəbəkəsi ilə əməkdaşlığa da başladı. İndi həmin mağazalarda, Amazon saytı vasitəsilə
alınmış məhsulların geri qaytarılması prosesini reallaşdırmaq olar.
Supermarket və ticarət mərkəzlərinin
biznes modelləri:

İstehlakçılar alış-verişi daha çox
internet vasitəsilə edirlər. Bu səbəbdən ticarət mərkəzləri bu vəziyyət nəticəsində
zərərdə qalırlar. Bunun əsas səbəbi isə insanların daha çox sözügedən saytdan
istifadə edərək məhsul əldə etmələridir. “Amazon” həmçinin avtomobil hissələrinin
satışı ilə məşğul olan mağazalara da təsir edəcək.
Logistika və məhsulların daşınması:

“Amazon”, artıq öz anbarlarını, avtomatlaşdırma sistemi ilə təchiz
edir və pilotsuz nəqliyyat vasitəsi erasının gəlişinə hazırlaşır. İrimiqyaslı şəkildə
dron kuryerlərin yayılması, insan kuryer peşəsinin tamamilə yoxa çıxmasına gətirib
çıxaracaq. Pilotsuz yük maşınları isə məhsulların daşınması sahəsini dəyişəcək.
Kommersiya mülkü sahəsi:

Wal-Mart-dan fərqli olaraq “Amazon”,
böyük anbar ərazilərinə sahib deyil. Whole Foods-un alışından sonra şirkət, əlavə
olaraq 92900 kvadrat metr böyüklüyündə anbarlar əldə etdi. Lakin bu yenə də
azdır. Analitiklər düşünürlər ki, “Amazon” böyüməyə davam edəcək və bu öz növbəsində
anbar mülkiyyətinə olan tələbatı yüksəldəcək. “Amazon” sayəsində isə bir neçə
müddətdən sonra ticarət mərkəzləri sadəcə olaraq bağlana bilərlər. Bu isə ticarət
sahələrinin icarə qiymətlərini kritik dərəcədə aşağı salacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Embrionların genetik özəlliklərə görə seçilməsi reallığa çevrilib
