'Amazon', bu 4 sahəni tanınmayacaq dərəcədə dəyişəcək

'Amazon', bu 4 sahəni tanınmayacaq dərəcədə dəyişəcək

Texnologiya
26.09.2017 PAYLAŞIM

 “Morgan Stanley” şirkəti, aparıcı şirkətlərin analitikləri arasında sorğu apararaq, “Amazon” şirkətinin, hansı sahələri tanınmayacaq qədər dəyişəcəyini öyrənib. Mütəxəssislər, dəyişikliklərin olacağı 4 sahəni müəyyən ediblər. Həmin sahələri Bunsiness Insider təqdim edib.

Qida məhsullarının topdan satışı:


Bu ilin yay fəslində “Amazon”, Whole Foods mağazalar şəbəkəsini, 13.7 milyard dollara aldı. Müqavilənin qüvvəyə mindiyi ilk gündə şirkət, bu mağazalar şəbəkəsindəki qiymətləri 43% aşağı saldı. Wal-MartCostco kimi ticarət şəbəkələri bu cür yeniliyə reaksiya verərək qiymətləri aşağı saldılar və öz mağazalarındakı çeşidləri artırdılar. Bununla yanaşı “Amazon”, Kohl’s mağazalar şəbəkəsi ilə əməkdaşlığa da başladı. İndi həmin mağazalarda, Amazon saytı vasitəsilə alınmış məhsulların geri qaytarılması prosesini reallaşdırmaq olar.

Supermarket və ticarət mərkəzlərinin biznes modelləri:

İstehlakçılar alış-verişi daha çox internet vasitəsilə edirlər. Bu səbəbdən ticarət mərkəzləri bu vəziyyət nəticəsində zərərdə qalırlar. Bunun əsas səbəbi isə insanların daha çox sözügedən saytdan istifadə edərək məhsul əldə etmələridir. “Amazon” həmçinin avtomobil hissələrinin satışı ilə məşğul olan mağazalara da təsir edəcək.

Logistika və məhsulların daşınması:

“Amazon”, artıq öz anbarlarını, avtomatlaşdırma sistemi ilə təchiz edir və pilotsuz nəqliyyat vasitəsi erasının gəlişinə hazırlaşır. İrimiqyaslı şəkildə dron kuryerlərin yayılması, insan kuryer peşəsinin tamamilə yoxa çıxmasına gətirib çıxaracaq. Pilotsuz yük maşınları isə məhsulların daşınması sahəsini dəyişəcək.

Kommersiya mülkü sahəsi:

Wal-Mart-dan fərqli olaraq “Amazon”, böyük anbar ərazilərinə sahib deyil. Whole Foods-un alışından sonra şirkət, əlavə olaraq 92900 kvadrat metr böyüklüyündə anbarlar əldə etdi. Lakin bu yenə də azdır. Analitiklər düşünürlər ki, “Amazon” böyüməyə davam edəcək və bu öz növbəsində anbar mülkiyyətinə olan tələbatı yüksəldəcək. “Amazon” sayəsində isə bir neçə müddətdən sonra ticarət mərkəzləri sadəcə olaraq bağlana bilərlər. Bu isə ticarət sahələrinin icarə qiymətlərini kritik dərəcədə aşağı salacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×