Logo
    main-post-cover

    'Amazon' dünyanın ən bahalı şirkəti olmağa doğru gedir

    Elm & Texnologiya
    21.10.2017
    Emil
    Məhsulların satışı, hostinqi, yük daşımaları və film istehsalından tutmuş bir çox işlərlə məşğul olan “Amazon”, ABŞ tarixinin ən sürətlə böyüyən şirkətidir.
    Növbəti illər ərzində o, rekord olan 1 trilyon dollar kapitalizasiyaya sahib ola biləcək dünyanın ilk şirkəti ola bilər. Bu barədə Phys.org saytı xəbər verib. 2018-ci ildə şirkətin illik gəliri 200 milyard odllar təşkil edə bilər. Onu da qeyd etmək laızımdır ki, illik 100 milyard dollar göstəriciyə o, 2 il ərzində nail olub. Bu cür nəticəni tez bir zamanda əldə etmiş şirkət, 1998-ci ildə “Mobil”i almış “Exxon” neft şirkəti olub. Digər şirkətlər isə bu göstəriciyə daha uzun müddətdə sahib olublar. Məsələn, Warren Buffet-in Berkshire Hathawayfondu 7 ilə, Walmart, 6 ilə, Apple” isə 5 ilə bu göstəriciyə nail olublar. “Amazon”, biznesdə olan unikal hadisədir.

    Keçən il o, bütün üzrə 111.000 nəfər insanı işə götürmüşdü. Müəyyən vaxtlıq çalışan 120.000 nəfər işçi heyyətini və “Whole Foods” mağazalar şəbəkəsinin alınmasından sonra onun 87.000 nəfər işçisini nəzərə almasaq şirkət hələ bu il daha 136.000 nəfər insanı işə cəlb edəcək. Ümumilikdə 2018-ci ildə “Amazon”da 700.000 nəfər insan çalışacaq. Heç təəccüblü deyil ki, 1 ay bundan öncə şirkət, qiyməti 5 milyard dollar olan və 50.000 nəfər insan üçün nəzərdə tutulmuş ikinci baş ofisin tikilməsini elan etmişdi. Bu cür yüksəlmə tempi adətən kiçik şirkətlərdə və startapların ilkin mərhələlərində yaşanır. Lakin “Amazon” böyük bir korporasiyadır. Bunun səbəblərindən biri də səhmdarların loyallıqlarıdır.

    Belə ki, artıq uzun illərdir ki, onlar şirkətin gəlirinə arxalanmırlar və səhmlərin qalxan qiymətləri ilə yetinirlər. Qeyd etmək lazımdır ki, 1997-ci ildən bəri şirkətin səhmlərinin qiyməti 666 dəfə (1$-dan 1000$-a) qalxmışdı. Heç də hər bir şirkət bu cür azadlıqla hərəkət edə bilmir. Belə ki, yalnız bəzi səhmdarlar öz gəlirlərini reinvestisiya edirlər. “Amazon”un bu cür sürətlə böyüməsinin qabağını yalnız dövlət ala bilər. Avropa hökümətləri artıq şirkətin bu cür böyüməsindən narahatlıq hissi keçirdərək vergilərin tamamilə ödənilmədiyi səbəbilə şirkəti 300 milyon dollar cərimələyiblər.

    Hal hazırda şirkətin kapitalizasiyası 500 milyard dollara çatır və 1 trilyon dollar olması üçün bütün şanslara sahibdir. Belə olduğu halda o, bu nəticəni əldə etmiş dünyanın ilk və bahalı şirkəti olacaq. Bu həftə “Amazon” ABŞ-ın Texas ştatında növbəti külək elektrostansiyasını istifadəyə verdi. Layihə Amazon Wind Farm Texas adlanır. Ümumilikdə şirkət ABŞ-da 18 ədəd külək və günəş elektrik stansiyalarına sahibdir və yaxın zamanda 35 ədəd də bu cür stansiyaların istifadəyə verilməsini planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər