
“Amazon” şirkəti göydə olarkən nəsə nasazlıq ehtimalında avtomatik olaraq hissələrə ayrılaraq məhv olma özəlliyinə sahib dronların patentini alıb.
Bu barədə The Verge saytı xəbər verib. Patentdə dronun işində nasazlıq yaranacağı halında onun hissələrə ayrılması özəlliyinin necə çalışacağı barədə məlumat əks olunub. Məsələn bu cür hallara dronun batareyasının partlaması və pərlərinin çalışmaması aiddir. Hissələrə ayrılma sistemi işə düşməmişdən öncə o, dronun yolunu, hava şəraitini və ətraf mühiti sürətli şəkildə analiz edəcək.
Apple, Amazon və Google`a rəqib yaradır
Bu heç də təhlükəsiz səslənməsə də, əgər
dronun yerə düşməsi qaçılmazdırsa, onun ən azından hissələr şəklində düşməsi
daha yaxşıdır. Patentə göstərilmiş fotoda dronun təhlükəsiz şəkildə ağaca eniş
etməmişdən öncə öz detallarını quru və su sahəsinə necə atdığı əks olunub. The
Verge saytı xəbər verir ki, bu patentin əldə olunması o demək deyil ki, “Amazon”
həqiqətən də bu cür dronların istehsalına start verəcək. Bu cür cihazların tətbiq
olunması üçün ilk öncə nizamlayıcı orqanlar tərəfindən icazə almaq lazımdır.
Şərh yoxdur