Amazon şirkəti 6 rəqəmli maaş alan menecerləri alqoritmlərlə əvəz etməyə başlayıb

Amazon şirkəti 6 rəqəmli maaş alan menecerləri alqoritmlərlə əvəz etməyə başlayıb

Texnologiya
14.06.2018 PAYLAŞIM

    ABŞ-ın Amazon şirkəti artıq uzun zamandır ki, öz anbarlarında məhsul daşınmasını robototexnika vasitəsilə reallaşdırır. İndi isə şirkət menecer personalını proqram təminatı ilə əvəz etməyə başlayıb. Bu barədə Bloomberg saytı xəbər verib. Beləliklə böyük brendlərlə milyonlarla dəyəri olan müqavilələr üzərində çalışan və 6 rəqəmli maaş alan mütəxəssisləri şirkət proqram təminatı ilə əvəz etməyə başlayıb. İndiki və keçmiş əməkdaşların sözlərinə görə şirkət brendlərin cəlb olunması ilə məşğul olan şöbəni marketplace komandası ilə birləşdirir.

    Bloomberg-in verdiyi məlumata görə Amazon-un avtomatlaşdırılmış platforması sayəsində məhsullarını təqdim edən şirkətlər Amazon əməkdaşları ilə əlaqəyə keçmədən öz məhsullarını reklam edə bilirlər. Son aylar ərzində şirkətin bir neçə top menecerlərin vəzifələri dəyişdirilib və onlar şirkətin digər işləri ilə məşğul olurlar. Bununla belə heç təəccüblü deyil ki, şirkətinin öz bulud servisləri və süni zəka sahəsindəki texnologiyaları olmasına baxmayaraq Amazon avtomatlaşdırılmış yeni texnologiyanı mümkün olan bütün sahələrə tətbiq edir. Şirkət hələ bir neçə il bundan öncə pərakəndə satış komandasını avtomatlaşdırılmış sistem ilə əvəz etməyə başlamışdı.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×