Amazon şirkəti kuryer robotların testinə start verib (VİDEO)

Amazon şirkəti kuryer robotların testinə start verib (VİDEO)

Texnologiya
24.01.2019 PAYLAŞIM

    6 təkərli poçt qutuları Vaşinqton ştatında artıq işə başlayıblar. Böyük ölçüyə sahib olmayan hansısa məhsulu alandan sonra sözügedən kiçik robot həmin məhsulu alıcının evinə çatdıracaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Amazon Scout adlı bu kiçik robot xarici görünüşcə təkərlərə sahib soyuducunu xatırladır. Sözügedən robotlar yalnız insanların hərəkət etdikləri yol kənarı səkilərdən istifadə edirlər və sifarişçinin evindən bir neçə metr məsafədə dayanırlar. Hal hazırda Amazon Scout robotları Vaşinqton ştatında test rejimində çalışırlar.

    Lakin qeyd etmək lazımdır ki, Jeff Bezos-un şirkəti bu cür layihəni reallaşdıran ilk şirkət deyil. Belə ki, bir neçə il bundan öncə Starship adlı startap da məhz bu cür kuryer robotu təqdim etmişdi. Daha bir misal olaraq Marbie adlı startapı göstərmək olar. Lakin Marbie-nin təqdim etdiyi robot bir qədər böyük idi. Baxmayaraq ki, Amazon şirkətinin rəqibləri bu işə Amazon-dan öncə start veriblər, Amazon bu sahədə lider olmaq üçün bütün şanslara sahibdir. Belə ki, sadalanmış startaplardan heç biri Amazon kimi böyük şirkətin logistikasına yaxın belə dura bilməz.

Bənzər xəbər



    Məlumata əsasən test rejimində 6 ədəd Amazon Scout robotu işə salınıb. Onlar bazar ertəsindən cümə gününə kimi sifarişləri alıcılara çatdıracaqlar və yalnız günün işıqlı vaxtlarında çalışacaqlar. İlk mərhələdə Amazon şirkətinin bu kuryer robotlarını Amazon işçiləri müşaiyət edəcəklər. Şirkət hələki bu robotların irimiqyaslı istifadəsindən danışmır. Şirkət indiki mərhələdə robotların hələki testini aparır. 2016-cı ildə göndərilmiş patent sorğusunda şəhərin istənilən rayonuna yük maşını vasitəsilə onlarla bu cür robotun daşınmasından söhbət gedirdi. Daha sonra robotlar işə başlamalı və sifarişçilərin ünvanlarına doğru hərəkət etməli idilər. Praktiki cəhətdən bunun üçün bütün daşınma mexanizmini dəyişmək lazım gələcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×