
'Amazon' şirkəti öz yeni smartfonu uzərində çalışır
Elm & Texnologiya
06.06.2017
Emil
“Amazon” şirkəti özünün Android smartfonunu istehsal etməyi planlaşdırır.
Sözügedən smartfon Ice adlanacaq və bütün Google servisləri
ilə sinxronlaşdırılacaq. Məlumata əsasən şirkətin istehsal edəcəyi smartfon,
Hindistan kimi inkişafda olan ölkələr üçün nəzərdə tutulacaq. Məhz buna görə də
onun texniki göstəriciləri orta səviyyədə olacaq. 5.2/5.3 inç ekran, 2 GB RAM, 16
GB daxili yaddaş və arxa paneldə olacaq barmaq izi skanı. Hal hazırki planlara əsasən
smartfonun qiyməti 93$ təşkil edəcək. Lakin onun satışa çıxacağı vaxta qədər
çox şey dəyişə bilər. Məlumatlara əsasən yeni smartfon, Alexa səsli köməkçisini
dəstəkləməyəcək. Onu da qeyd etmək lazımdır ki, “Amazon”nun daha əvvəl satışa
çıxartdığı smartfon çox uğursuz olmuşdu. Həmin uğursuz smartfonun adı Fire idi
və o baha qiymətə satılırdı. Bundan əlavə olaraq onun Android OS əməliyyat
sisteminin dəyişdirilmiş versiyasına sahib olmasına baxmayaraq o, Android tətbiqlərini
dəstəkləmirdi. Yeni smartfon ilə isə tamamilə fərqli vəziyyətdir. Belə ki, Ice
adlı smartfon digər bahalı smartfonlarla rəqabətdə olmayacaq. Əksinə o, ucuz
smartfonla bazarında öz yerini tutmağa çalışacaq. “Amazon”un inkişafda olan ölkələrdə
yaxşı uğur qazanması üçün potensial şansı var. ‘Google” ilə bu cür əməkdaşlıq
isə hər iki şirkət üçün müsbət cəhət olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
