main-post-cover

    Amazon şirkəti Starlink layihəsinin analoqunu anons edib

    Elm & Texnologiya
    31.07.2020
    Emil Nəcəfov
        ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCC) Amazon şirkətinin, Yer kürəsinin orbitində 3000-dən çox peykin yerləşdirməsi ilə bütün dünya üzrə qlobal internet şəbəkəsinin yaratmasına icazə verib. Kuiper adlı bu təşəbbüs artıq reallaşdırılma üzrə tarix əldə edib və potensial olaraq Elon Musk-ın Starlink layihəsi ilə rəqabət apara bilər. Bu barədə The Verge saytı xəbər verib.
        Təsdiq olunmuş layihəyə əsasən Amazon şirkəti Yer kürəsinin orbitinə 3236 ədəd peyk göndərəcək və onları müxtəlif hündürlüklər üzrə 3 qrupa ayıracaq. Layihnin testinə 578 ədəd peykin orbitdə yerləşdirilməsindən sonra start veriləcək. Şirkətin planlarına əsasən peyklərin ümumi sayının ilk yarısı 2026-cı ildə, ikinci yarısı isə 2029-cu ildə istifadəyə veriləcək.
        Amazon-un bu cür peyk sisteminin yaradılması üçün cəlb olunacaq investisiyaların ümumi miqdarının 10 milyard dollar olacağı gözlənilir. Peyklərin texniki özəllikləri və onların hansı üsul ilə Yer kürəsinin orbitinə göndəriləcəyi barəsində Amazon şirkəti bir məlumat verməyib. Çox güman ki, peyklərin göndərilməsini Jeff Bezos-un Blue Origin adlı aerokosmik şirkəti reallaşdıracaq.
    Linki kopyala