
Amerikanın ən böyük online ticarət şirkəti olan “Amazon”, 13.7 milyard dollara “Whole Foods Market” supermarketlər şəbəkəsini aldı.
Məlumata əsasən “Amazon”, “Whole Foods Market”in hər bir
dəyərli kağızı üçün 42$
vəsait ödəyəcək. Müqavilənin tam bağlanışının planlaşdırıldığı bu ilin ikinci
yarısından sonra sözügedən mağazalar şəbəkəsi öz adını, Ostin şəhərindəki baş
ofisini, top-menecerləri və CEO-su John Mackey-i qoruyub saxlayacaq. Bu müqavilə
“Amazon”un tarixində ən böyüyü hesab edilir. Qeyd etmək lazımdır ki, bu ilin
Mart ayının sonunda “Amazon”un pul ehtiyatları 21.5 milyard dollar təşkil edirdi.
“Whole Foods”, ABŞ-ın ən böyük orqanik məhsul satışı ilə məşğul olan
supermarketlər şəbəkəsidir. 1978-ci ildə təsis edilmiş bu şirkət, ABŞ-ın və
Kanadanın 460-dan çox supermarketinin operatoru rolunda çıxış edir. Həmin şirkətdə
çalışan insanların sayı 87.000-dir. “Whole Foods”un 2016-cı ildəki gəliri isə
16 milyard dollar olmuşdur.
Şərh yoxdur