
Dünyanın onlayn satış nəhəngi – Amazon şirkətinin bazar dəyəri ilk dəfə 1 trln. dolları keçib.
Technote.az bildirir ki, bu, onun 1 səhminin qiymətinin 2 050,5 dollara çatması nəticəsində məlum olub. Daha sonra qiymət 2 036 dollara düşüb.
Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında Amazon-un bazar dəyəri 470 mlrd. dollar olub.Beləliklə, il ərzində şirkət 2 dəfədən çox bahalaşıb.
Qeyd edək ki, Amazon dünyada bazar dəyəri 1 trln. dolları keçən 3-cü şirkətdir.
ABŞ-ın Applekorporasiyası buna ötən ayın əvvəlində nail ola bilib. Çinin PetroChina şirkəti isə 2007-ci ildə bir neçə saatlıq müddətə 1 trln. dollardan baha olub. (Report.az)
Şərh yoxdur