'Amazon'un CEO-su Jeff Bezos, özünün yeni raket istehsalı zavodunu təqdim etdi (VİDEO)

'Amazon'un CEO-su Jeff Bezos, özünün yeni raket istehsalı zavodunu təqdim etdi (VİDEO)

Texnologiya
21.07.2017 PAYLAŞIM

“Blue Origin” və “Amazon” şirkətlərinin CEO-su Jeff Bezos, Floridada yeni zavodunun inşası videosunu öz Instagram səhifəsində təqdim edib.

Bu zavod, bir çox istifadə üçün nəzərdə tutulmuş New Glenn orbital raketinin istehsalı üçün nəzərdə tutulub. Son aylar Jeff Bezos, 82 metr hündürlükdə olacaq New Glenn adlı ikipilləli orbital raketi haqqında planlarını üzə çıxartmağa başlayıb. Bu raket, aşağı səviyyəli orbitə 45 ton, daha yüksək orbitə isə 13 ton ağırlığında yük qaldırmaq qabiliyyətinə sahib olacaq. Mühəndislərin planlarına əsasən sözügedən raket, çoxistifadəli olacaq. Raketin ölüçüsünün böyük olması səbəbilə onu, Vaşinqton ştatında yerləşən zavodda istehsal etmək qeyri mümkündür. Buna görə də “Blue Origin” şirkəti bu istehsalı iki zavod arasında bölmək niyyətindədir. Belə ki, raketin mühərriki BE-4, Alabama ştatındakı zavodda istehsal olunacaq, raketin yığılma prosesi isə Floridada inşa edilən yeni zavodda aparılacaq. Həmin yeni zavodun inşası haqqında videonu Bezos öz Instagram səhifəsində təqdim edib. İndiyənə kimi raket inşası, Bezos üçün sadəcə olaraq hobbi xarakteri daşıyırdı və o bu sahəyə hər il 1 milyard dollar investisiya yatırır. New Glenn raketinin ilk uçuşları 2019-cu ilin sonunda və ya 2020-ci ildə baş tutacaq.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×