
'Amazon'un yaradıcısı Jeff Bezos-un həyat fəlsəfəsi
Elm & Texnologiya
11.11.2017
Emil
“Amazon” şirkətinin təsisçisi Jeff Bezos Los
Ancelesdə keçirilmiş Summit Series adlı tədbirdə öz qardaşına müsahibə verib.
Müsahibə zamanı o öz şəxsiyyətinin böyümə fəlsəfəsindən, ilhamlanmaq üzrə
lifehack-lardan, iş və şəxsi həyat arasındakı balansdan danışdı və ixtiraçı
olmaq üzrə öz tövsiyyələrini verdi.
Universitetdə məzun gecəsi
çıxışındakı yekun cümləsi:
“Kosmos final hüduddur. Orda görüşərik”
– deyə Bezos öz çıxışını bitirmişdi. O, “Star Trek”in sloqanını bir növ
çağırışa çevirmişdi.
O öz bacarıqlarına necə yiyələndi?:

Jeff öz uşaqlıq illərini babasına
məxsus uzaq fermada keçirdib. Babasına heç kim heç zaman kömək etmirdi. Jeff-in
sözlərinə görə onun babası həmişə özünə arxalanırdı. Bəzən vəziyyət elə gətirirdi
ki, o özü iynələri düzəldir və ya mal-qaranı kəsirdi. Yay günlərinin birində
Bezos babasının 5000$-a aldığı hansısa texnikasını təmir etmişdi. Daha sonra
onun babası kiçik yük qaldırma kranını düzəltmişdi. Belə ki, onu hazır vəziyyətdə
almağa onun pulu yox idi. “O fikirləşmədən ilk baxışdan reallaşdırılması
qeyri-mümkün görünən çətin tapşırıqları həll etməyə çalışırdı və nəticədə
onların öhdəsindən gələ bilirdi” – deyə Bezos bildirib.
Praktiki çeviklilik haqqında:
Günlərin birində Bezos-un babası
öz böyük barmağının bir hissəsini itirdi. O, sürətlə hərəkət edən yük
maşınından çıxaraq fermanın darvazasını açmağa cəhd göstərmişdi. Lakin əbəs yerə.
Yük maşını fermanın darvazasına dəydi və Bezos-un babası az qala barmağını tam itirəcəkdi. O, o dərəcədə dəlisov idi ki, sallanmış barmaq sümüyünü çıxardaraq
xəstəxanaya getdi.
Nəticədə onun barmağına müəyyən yerdən götürülmüş dərini
yerləşdirdilər və o, heçnə olmamış kimi fermaya qayıtdı. Jeff tam dəqiqliklə
xatırlayır ki, həmin hadisədən sonra onun babasının böyük barmağında tüklər
çıxmağa başlamışdı. Lakin qıcıqlanmaq əvəzinə babası sadəcə olaraq hər səhər
barmağında çıxan tükləri qırxırdı. “Hər dəfə çətin vəziyyətdə çıxış yolu tapmaq
üçün siz çeviklilik və ixtiraçılığınızdan istifadə edirsiniz” – deyə Bezos
bildirib.
Uşaqların tərbiyə olunması
haqqında:
Jeff və onun həyat yoldaşı
övladlarının 4 yaşları olanda onlara iti bıçaqlardan istifadə etməyə icazə
vermişdilər. Daha sonra onlar elektrikli əşyalardan istifadəyə icazə verdilər.
Əgər onlar özlərinə zərər yetirsəydilər belə, qiymətli təcrübə qazanacaqdılar.
Jeff-in sözlərinə görə onun həyat yoldaşı düşünür ki, köməksiz və bacarıqsız
olmaq əvəzinə 9 barmağa sahib olmaq ən yaxşısıdır.
Romantik münasibətlər üçün
partnyor seçimi haqqında:

Jeff daha ciddi həyat tərzi sürməyə
qərar verdiyi bir vaxtda onun dostları qızlarla görüşə kor-koranə getməyi Jef-ə
aşılayırdılar. Ona əsl ixtiraçı qadın rast gələndə o anladı ki, gələcək həyat
yoldaşını tapıb. “Mənə, həyata həmin bucaq altında baxan və mənimlə eyni tərzdə
düşünən biri lazım idi” – deyə Bezos bildirib.
İşi ataraq “Amazon”u qurmaq
haqqında:

Bezos Wall Street-də maliyyə sahəsi
üçün proqram təminatı hazırlamaqla məşğul idi. Lakin 1994-cü ildə o öz müdirinə
internet-mağaza açmaq istədiyini bildirdi. Cavabında isə onun müdiri bildirdi
ki, bu yaxşı ideyadır. Lakin bu ideya artıq yaxşı bir işi olan oğlan üçün uyğun
deyil. Bir neçə gün düşünəndən sonra Jeff başa düşdü ki, əgər bu işi yerinə
yetirməsə, onda özünü heç zaman bağışlamayacaq.
Jeff Bezos olmasaydı başqa kim ola
biləcəyi haqqında:
“Süni zəkaya olan marağımı nəzərə
alsaq, çox güman ki, mən uğurlu proqramçı olardım. Hərçənd məndən yaxşı barmen
də çıxardı. Mən öz kokteyllərimlə fəxr edirəm. Lakin nəzərə alın ki, mən heç də
qıvraq biri deyiləm. Mənim barımda mütləq belə bir yazılı lövhəcik olardı: Siz,
yaxşı yoxsa tez olmasını istəyirsiniz?” – deyə Bezos bildirib.
Kosmosa səyahət və “Blue Origin” şirkəti
haqqında:

“Yer kürəsini xilas etmək üçün biz kosmosa yollanmalıyıq” – deyə Bezos bildirib.
Bununla o, tələsməyin vacibliyini qeyd edib. Bununla yanaşı o, Yer kürəsində həyatın
var olma şəraitinin qalması üçün ətraf mühit barəsində düşünməyin lazım
olduğunu da bildirib. “Biz Günəş sisteminin hər bir planetinə robotlaşdırılmış
zondlar göndərdik. Birmənalı şəkildə bizim planetimiz ən yaxşısıdır” – deyə
Jeff bildirib.
Kosmik biznes haqqında:
Bu biznesin əsas imkanlarının
yaradılması üçün əsas an, xərclərin aşağı salınmasından ibarətdir. “İnternetdə
olduğu kimi bu sahədə də çoxlu startapların olması üçün biz maliyyə göstəricilərini
aşağı salmalıyıq” – deyə Jeff qeyd edib.
Telefondan asılılıq haqqında:
Mark bildirir ki, təəccüblü səslənsə
də onun qardaşı Jeff-in diqqəti çox nadir hallarda telefona yayınır. “Mən
dostlarımla və ya ailəmlə nahar edən zaman nə edirəmsə o mənim xoşuma gəlir.
Eyni anda bir neçə şeyi etməyi sevirəm. Mən öz elektron poçtumu oxuyanda onu
sadəcə olaraq oxumaq istəyirəm. Bu qədər” – deyə Jeff bildirib. Jeff çox
tapşırıqlılığa müqaviməti hələ uşaq vaxtlarında sərgiləyib. Məktəbdə o, növbəti
tapşırığa keçid etməkdən imtina edirdi və müəllimlər onun diqqətini yeni layihəyə
yönləndirmək üçün böyük səylər göstərirdilər.
İş və şəxsi həyat arasında
balansın yaradılması haqqında:
“”İş və şəxsi həyat arasındakı
harmoniya” cümləsindən xoşum gəlir. Güzəşt hər şeydə lazımdır. Əgər mən işdə və
evdə məhsuldaramsa, deməli mən yaxşı ailə başçısıyam. Və əksinə əgər mən evdə
xoşbəxtəmsə, mən daha effektiv əməkdaş və müdirəm. Harda olmağınızdan asılı
olmayaraq siz enerji və ruh yüksəkliyi saçmalısınız. Məhz onda uğur sizi gözləyir”
– deyə Bezos bildirib.
İnnovasiyalar haqqında:
Dünya o qədər qəlizdir ki, öz sahəndə
mütəxəssis olmaq lazım gəlir. Lakin təhlükə ondan ibarətdir ki, professional
olduğunuz zaman siz öz biliyinizin tələsinə düşə bilərsiniz. Siz bütün olanlara uşağın hər şeyi bilmək həvəsi nöqteyi nəzərdən yanaşmalısınız. Bezos-un sözlərinə
görə ixtiraçılar, başlayanların görmə qabiliyyətinə sahib olan mütəxəssislərdir.
Ən əsası haqqında:
“Biz hamımız öz həyat hekayələrimizi
seçirik. Nəticə etibarilə hər şey bizim bacarıq və istedadlarımızdan deyil,
seçimimizdən asılıdır. Siz yalnız öz seçiminizlə fəxr edə bilərsiniz” – deyə
Jeff qeyd edib. Siz ya sadəliklərin və komfortun olduğu həyatı, ya da daimi işlərin
və macəraların olduğu həyatı seçəcəksiniz. Lakin 80 yaşınız olan zaman çox
güman ki, siz daha çox ikinci ilə fəxr edəcəksiniz.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
