
AMD, 2019-un son rübündə rekord dərəcədə gəlir əldə etdi
Elm & Texnologiya
30.01.2020
Nijat
Ryzen prosessorlarının satışa çıxması ilə AMD şirkətinin həm hissə sənədləri, həm də gəlirləri ciddi dərəcədə artım göstərmişdi. Yeni arxitekturalar ilə rəqibi İntel-i əzən AMD 2019-un son rübündə rekord dərəcəsində gəlir əldə etdi. Şirkət son rübdə 2.13 milyard dollar gəlir əldə edib.
AMD rəsmiləri bu gəlirin əsas hissəsini Ryzen prosessorların satışından əldə etdiklərini təsdiqlədi.

Şirkət rəsmiləri həmçinin 2018-in son rübündən də bəhs etdi. Belə ki, 2018-in son rübündə şirkətin gəliri 986 milyon dollar idi. 2019-da isə 1,66 milyard daha çox gəlir əldə edilir. Mütəxəssislərin fikirlərinə görə AMD, 2020-də bu gəliri 2 dəfədən daha çox artıra biləcək. Görünən odur ki, şirkətin yeni yolu onu uğura aparır. 2020-də gözlər əsas İntel-ə fokuslanacaq. Rəqibi qarşısında əzilən İntel-in necə bir addım atacağı sual altındadır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
