Logo
    main-post-cover

    AMD bazarda ən güclü neyron çipinə sahib yeni prosessorunu təqdim edib

         AMD şirkəti Ryzen AI 300 seriyasına daxil olan yeni prosessorunu təqdim edib. Söhbət, Ryzen AI 9 HX 375-dən gedir. Təqdim edilmiş bu prosessor hal-hazırda bazarda ən güclü neyron çipinə sahib prosessordur. Beləliklə TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış AMD Ryzen AI 9 HX 375 prosessoru 12 nüvəni əldə edib. Onlardan 4-ü Zen 5 nüvəsi, 8-i isə Zen 5C nüvəsidir. Prosessorun maksimal çalışma tezliyi 5.1 GHz təşkil edir. O özündə 28 MB həcmli L3 keş yaddaşını və 12 MB həcmli L2 keş yaddaşını birləşdirir. Prosessorun enerji sərfiyyatı isə 15-54 vatt təşkil edir. AMD Ryzen AI 9 HX 375-in əsas fərqləndirici tərəfi onun neyron çipidir.
         Belə ki, onun neyron çipinin performans göstəricisi 55 TOPS təşkil edir. Bu isə saniyədə trilyon əməliyyatın yerinə yetirilməsi deməkdir. Hətta AMD Ryzen AI 9 HX 370 flaqman prosessorunun neyron çipinin performansı 50 TOPS-dan yuxarı deyil. Müqayisə üçün qeyd etmək lazımdır ki, Intel Lunar Lake prosessorunun neyron çipinin performansı 48 TOPS, Qualcomm Snapdragon X Elite prosessorunun neyron çipinin performansı isə 45 TOPS təşkil edir. Beləliklə AMD Ryzen AI 9 HX 375 dünyanın ən güclü neyron çipinə sahib prosessoru olub. Hal-hazırda AMD-nin bu yeni prosessorunu əldə edəcək yalnız bir noutbukun adı məlumdur. Söhbət, HP OmniBook Ultra-dan gedir. Bu noutbukun təqdimatı isə sentyabr ayı üçün gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AMD bazarda ən güclü neyron çipinə sahib yeni prosessorunu təqdim edib | Technote