AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

AMD-dən 10.nəsil Intel-ə yeni zərbə: 3 yeni prosessor gəlir

Texnologiya
29.05.2020 PAYLAŞIM

        Bu xəbərdə də yazdığımız kimi Intel şirkəti 10.nəsil Comet-Lake S prosessorlarını istifadəçilərə təqdim etmişdi. AMD də 10.nəsilə bir cavab olaraq yenilənmiş Ryzen prosessorlarını təqdim etdi. Bunlar AMD Ryzen 9 3900 XT, Ryzen 7 3800 XT, Ryzen 5 3600 XT prosessorlarıdır. Matisse Refresh adı verilən yeni prosessorlar daha yüksək tezliklərdə işləyəcəklər.

AMD-nin yeni Matisse Refresh prosessorları daha yüksək tezliklərdə işləyəcəklər.

        Yeni prosessorlar hal-hazırda satışda olan versiyaları ilə eyni texniki parametrlərdə olacaqlar. Beləki Ryzen 9 3900XT 12 nüvə/24 iş parçacığı, Ryzen 7 3800XT 8 nüvə/16 iş parçacığı və Ryzen 5 3600XT isə 6 nüvə/12 iş parçacığına malik olacaq. Lakin əsas fərq bu 3 prosessor daha yüksək tezliklərdə işləyə biləcəklər və daha təkmilləşdirilmiş overclock xüsusiyyətləri olacaq. Yeni prosessorların tezlikləri əvvəlkilərə nəzərən 200-300 Mhz daha çox olacaq. AMD rəsmilərinin dediklərinə görə bu prosessorlar Intel-in yeni 10.nəsil Core i9, Core i7Core i5 prosessorlarına rəqib olacaqlar. Hələlik satış qiymətləri və tarixi bəlli deyil.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..


Apple şirkəti yüksək performanslı yeni M1 Pro və M1 Max prosessorlarını təqdim e..

Təqdim edilmiş yeni MacBook Pro modellərinin əsas özəllikləri ondan ibarətdir ki, onlar Apple şirkət..


Yeni Apple M1 prosessorlarına sahib MacBook Pro (2021) noutbukları təqdim olunub..

Apple şirkəti yeni MacBook Pro (2021) modellərini təqdim edib. Yeni MacBook Pro modelləri əvvəlki ve..


Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqları..

×