Logo
    main-post-cover

    AMD kompüter oyunlarının həcmlərini azaldacaq texnologiyasını təqdim edib

    Elm & Texnologiya
    11.07.2024
    Emil
       AMD şirkəti kompüter oyunlarının həcmlərini aşağı salmağa imkan verəcək yeni texnologiyasını təqdim edib. Şirkətin bu texnologiyası NTBC (Neural Texture Block Compression) adlanır. Bu texnologiya performansa heç bir təsir göstərmədən oyunlardakı teksturların sıxılmasını təmin edərək normal görüntü keyfiyyətini təqdim edir. NTBC texnologiyası kompüter oyununun həcmini 70% azalda bilər. Nəticədə “Call of Duty” kompüterin yaddaşında 150 GB deyil, 45 GB yer tutacaq. Kompüter oyunlarının həcmləri ildən-ilə artır və mövcud həllər oyunlardakı 4K keyfiyyətli yüzlərlə və minlərlə teksturların yaddaşda tutduqları yeri azaltmağa imkan vermirlər.
         AMD-nin yeni texnlogiyası isə bu problemi neyron şəbəkəsi vasitəsilə teksturların sıxılması hesabına aradan qaldırır. Sözügedən texnologiya günümüzdə istifadə edilən tekstur sıxılması alqoritmləri (Block Compression / BC) ilə qismən uyğunlaşa bilir. AMD bildirib ki, ənənəvi BC-lərdən fərqli olaraq NTBC ən yaxşı sıxılma əmsallarına nail ola bilər. Bununla belə sıxılma əmsalı və görüntü keyfiyyəti arasındakı tarazlıq mövzusunda güzəştə getmək lazımdır. Belə ki, NTBC ən yaxşı sıxılma əmsallarını sərgilədiyi halda görüntü keyfiyyətinin bir qədər aşağı düşməsi qaçılmazdır. Bu mövzuda istifadəçi hansı nəticəni əldə etmək istəməsini özü seçəcək. AMD bu yeni texnologiyasının nə zaman istifadəyə veriləcəyini açıqlamayıb.
    Paylaş