
AMD, notbuklar üçün ən güclü prosessorları istehsal edir: Ryzen 7 4800 H vs İntel i7-9700K
Elm & Texnologiya
24.01.2020
Nijat
AMD şirkəti CES 2020 sərgisində yeni nəsil Ryzen 4000 ailəsi prosessorları təqdim etmişdi. Həmçinin bu prosessorların mobil versiyaları da notbuklar üçün hazır hala gətirilirdi. 2019-un sonunda hazırladığımız xəbərlərə əsasən, Dell, Asus kimi markalar artıq İntel əvəzinə AMD prosessorlar üçün müqavilələr imzalamağa başlamışdılar. Bu səfər isə AMD-nin yeni notbuk prosessorları desktop PC prosessorlarından daha güclü olacaq kimi görünür.
Yeni Ryzen 7 4800H notbuk prosessoru testlərdə PC-lərdə istifadə olunan İntel i7-9700K prosessorundan daha güclü performans göstərir.

İntel-in 10.nəsil prosessorlarından olan və notbuklar üçün nəzərdə tutulan i7-10750H modelinə nəzərən isə 14% daha çox performans göstərir. Yaxın zamanlarda AMD 4000 ailəsini ilk ASUS notbuklarda görəcəyik.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
