Logo
    main-post-cover

    AMD noutbuklar üçün Radeon RX 7900M adlı yeni güclü videokartını təqdim edib

         AMD şirkəti gaming noutbuklar üçün nəzərdə tutulmuş Radeon RX 7900M adlı yeni flaqman mobil videokartı təqdim edib. AMD-nin sözlərinə əsasən sözügedən videokart hal hazırda bazarda olan ən güclü mobil videokartdır. Beləliklə Radeon RX 7900M özündə 72 ədəd hesablayıcı bloku, GDDR6 standartlı 16 GB VRAM-ı və 64 MB Infinity Cache-i (keş) birləşdirir. GPU-nun standart çalışma tezliyi 1825 MHz təşkil edir. Lakin Boost rejimində çalışma tezliyi göstəricisi 2090 MHz-ə yüksəlir.
         Videokartın enerji sərfiyyatı isə 180 vatt-a kimi təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, NVIDIA GeForce RTX 4080 videokartının enerji sərfiyyatı 110 vatt təşkil edir. AMD-nin sözlərinə əsasən Radeon RX 7900M-in kompüter oyunlarında performansı RTX 4080-nin performansından 7% yüksəkdir. Şirkət daxilində aparılmış testlər çərçivəsində yeni videokart "Starfield" oyununda RTX 4080-dən 27% daha çox fps-i təmin edib. Radeon RX 7900M-i ilk əldə etmiş noutbuk modeli Alienware m18 oldu.
    Paylaş
    Bənzər xəbərlər