
AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək
Elm & Texnologiya
11.12.2019
Nijat
AMD şirkəti istehsal etdiyi video kartlar ilə də istifadəçilərin diqqətini çəkir. Bu səfər isə yeni texnologiyasını təqdim edən şirkət orta və giriş seqmenti ucuz video kartlarda performans artımına nail olmaq istəyir. Yeni texnologiyanın adı Radeon Boost-dur. Dekabr ayında yayınlanması planlanan yeni drayver paketində bu texnologiyanın olub olmayacağı hələki dəqiq deyil.
Radeon Boost texnologiyası giriş və orta seqment qrafika kartlarında performansı artıracaq və oyunlarda daha yaxşı FPS alınmasını təmin edəcək.

Bu texnologiya AMD şirkətinin 2016-ci ildə aldığı HiAlgo şirkəti tərəfindən hazırlanıb. Bu şirkət HiAlgo Chill və HiAlgo Boost adında 2 fərqli texnologiya təkmilləşdirdi və Radeon Chill adında 2016-da istifadəyə verildi. 2-ci etap olan HiAlgo Boost isə elə Radeon Boost texnologiyasının əsası olaraq düşünülür və 2020-dən etibarən giriş və orta seqment video kartlarda istifadə ediləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
