AMD Ryzen 7 2800X prosessorunun xüsusiyyətləri bəlli oldu

AMD Ryzen 7 2800X prosessorunun xüsusiyyətləri bəlli oldu

08.03.2018 PAYLAŞIM

Ryzen seriyası ilə birliktə yaxşı nəticələr əldə edən AMD satışlarından razı olduğunu dəfələrdə bildirdi və Ryzen seriyası prosessorları təkminləşdirmək üçün çalışdıqlarını da vurğuladı.

    Sisoft Sandra proqramının məlumat bazasında ortaya çıxan Ryzen 7 2800X modeli bir çox istifadəçinin sevinməsinə səbəb oldu. Qeyd etmək lazımdır ki, CPU bazarında hal-hazırda liderlik "Intel"in əlindədir amma bir faktor var ki, bu CPU-lar qiymət olaraq çox bahadır və ayrıca ölkəmizdəki Dollar-Manat arası dəyişiklik nəzərə alındıqda, AMD almaq daha sərfəli olur.

Prosessorun yüksək tezlik dəyərləri.

    İlk öncə nəzərə çarpan CPU-nun (digər adı ilə prosessorun) tezlik dəyərləri minimum olaraq 2.2 GHz, normal rejimdə 3.7 GHz və Turbo rejimdə isə 4.35 GHz olaraq göstərilib. Bu tezlik dəyərləri istifadəçiləri mümkün dərəcəd' qane edəcəkdir. Oyunlarda və yüksək yük altında Turbo rejim ilə 4.35 GHz heç bir problem yaratmayacaq. Qeyd edək ki, Turbo rejimi daimi istifadə edəcəksinizsə yaxşı bir soyutma sisteminə malik olmalısız.


Tələb olunan gərginlik bu qədər azmı?

    Digər önəmli xüsusiyyət isə prosessorun tələb etdiyi gərginlik dəyərlərinin çox az olmasıdır. Necə deyərlər: "Nə qədər az gərginlik, o qədər az işıq pulu". Şəkildə gördüyümüz kimi prosessor 0.787 V ilə 1.25 V arasında gərginlik qidası tələb edəcək. O zaman belə anlaya bilərik ki, Turbo Rejimdə, yəni 4.35 GHz-lik tezlikdə maksimum olaraq 1.25 V tələb edəcək. Və burada AMD-ni təbrik etmək lazımdır, çünki bu qədər yüksək tezlikdə bu qədər az gərginlik tələbatı mühəndislik möcüzələrindən biridir.

Digər performans və sentetik test nəticələri qane edirmi?


    Yuxarıda göstərilən nəticələrə baxdıqda anlaşılır ki, Ryzen 7 2800X eyni kateqoriyada olan Intel Core i7-8700K modelini oyunlarda qabaqlayır. 

Qısaca deyə bilərik ki, AMD-nin gələn ay tanıdacağı Ryzen 7-2800X prosessoru gamerlər üçün həm daha sərfəli, həm daha yaxşı bir seçim olacaqdır.
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×