
AMD şirkəti mobil prosessorlar bazarına daxil olmağı planlaşdırır
Elm & Texnologiya
21.11.2024
Emil
Mobil prosessorlar bazarında Qualcomm və MediaTek şirkətləri üçün yeni rəqib ortaya çıxa bilər. Belə ki, yeni məlumata əsasən AMD şirkəti mobil prosessorlar bazarına daxil olmağı nəzərdən keçirir. İnsayderlərin sözlərinə əsasən şirkət bir sıra smartfon istehsalçısı ilə özünün Ryzen AI prosessorlarının smartfonlara inteqrasiyası mövzusunda danışıqlar aparır. Əgər bu məlumat həqiqət olsa, deməli sözügedən bazarda dominant mövqelərə sahib Qualcomm və MediaTek şirkətləri üçün yeni rəqib ortaya çıxacaq.
Qualcomm və MediaTek şirkətləri desktop prosessorlar bazarına aktiv şəkildə daxil olurlar. Qualcomm bunu Snapdragon X Elite adlı yeni prosessorları vasitəsilə edir. MediaTek isə son məlumatlara əsasən NVIDIA ilə əməkdaşlıq çərçivəsində öz desktop prosessorunu hazırlayır. AMD öz növbəsində artıq uzun illərdir ki, desktop prosessorlar bazarının lider iştirakçılarından biridir. Lakin bu dəfə şirkət mobil prosessorlar bazarına daxil olmaq istəyir və bu mövzuda uğurun əldə olunacağı halda şirkət smartfonlarda RDNA arxitekturası əsasında diqqətçəkən qrafik performansı təklif edə bilər. Lakin digər tərəfdən Qualcomm və MediaTek səviyyəsinə çatmaq üçün AMD-yə müəyyən zaman lazım olacaq.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
