
AMD şirkəti Zen 5 arxitekturalı prosessorların istehsalına start verib
Elm & Texnologiya
17.01.2024
Emil
İnsayderlərin vermiş olduqları məlumata əsasən AMD şirkəti Granite Ridge seriyasına daxil olacaq yeni prosessorların kütləvi istehsalına artıq start verib. Məlumata əsasən sözügedən seriyaya daxil olacaq yeni prosessorlar Zen 5 arxitekturası əsasında hazırlanacaqlar. Bununla yanaşı onların hal-hazırda mövcud bütün AM5 ana platalarına uyğun gələcəkləri gözlənilir. AMD-nin rəsmi məlumatına əsasən hazırlanan yeni prosessorlar bu ilin ikinci yarısında satışa çıxacaqlar. Onlar yüksək performansa və inteqrasiya edilmiş süni zəkaya sahib olacaqlar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
