
AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok problemi yaşamayacaq
Elm & Texnologiya
27.09.2020
Bir neçə həftə əvvəl Nvidia şirkəti hər kəsin səbirsizliklə gözlədiyi yeni videokart ailəsi olan RTX 3000-i təqdim etmişdi. Lakin sifariş etmək üçün səbirsizlənən istifadəçiləri bir problem gözləyirdi: Videokart stokları. Beləki yeni nəsil videokartlar az sayda istehsal edildiyi üçün stok problemi yaşayırdı və istifadəçilər bir müddət daha gözləməli idi. Nvidia-nın videokart ekosistemindəki rəqibi AMD isə görünən odur ki, bu problemə qarşı tədbirlər görüb.
AMD rəsmilərindən olan Frank Azor-un verdiyi məlumata görə şirkətin yeni nəsil videokart ailəsi olan RX 6000 stok problemi yaşamayacaq.
AMD şirkəti gələn ayın (Oktyabr) əvvəllərində yeni prosessorlarını, sonlarında isə yeni videokartlarını istifadəçilərə təqdim edəcək. Nvidia-nın başına gələn problemlərlə rastlaşmamaq üçün AMD ciddi dərəcədə videokart istehsal edib. Twitter üzərindən Nvidia RTX 3000 videokartlarından birini stok problemi səbəbiylə ala bilmədiyindən şikayət edən bir istifadəçi AMD-nin də bu problem ilə qarşılacağını deyib və 10 dollara mərcə girib. Bunun üzərinə AMD rəsmisi olan Frank Azor da mərci udub 10 dolları almağı səbirsizliklə gözlədiyini və AMD-nin stok problemi olmasın deyə ciddi tədbirlər gördüyünü vurğulayıb. Qısaca RX 6000 videokartlarının stok sayının RTX 3080 və RTX 3090-a görə daha çox olduğu iddia edilir. Gələn ay AMD şirkətinin də bu problem ilə qarşılaşıb-qarşılaşmayacağına şahid olacağıq. Ümid edirik ki, rəqabət artar və udan tərəf istifadəçilər olar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar