main-post-cover

    AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok problemi yaşamayacaq

    Elm & Texnologiya
    27.09.2020
    Nijat Hamid
            Bir neçə həftə əvvəl Nvidia şirkəti hər kəsin səbirsizliklə gözlədiyi yeni videokart ailəsi olan RTX 3000-i təqdim etmişdi. Lakin sifariş etmək üçün səbirsizlənən istifadəçiləri bir problem gözləyirdi: Videokart stokları. Beləki yeni nəsil videokartlar az sayda istehsal edildiyi üçün stok problemi yaşayırdı və istifadəçilər bir müddət daha gözləməli idi. Nvidia-nın videokart ekosistemindəki rəqibi AMD isə görünən odur ki, bu problemə qarşı tədbirlər görüb.

    AMD rəsmilərindən olan Frank Azor-un verdiyi məlumata görə şirkətin yeni nəsil videokart ailəsi olan RX 6000 stok problemi yaşamayacaq.

            AMD şirkəti gələn ayın (Oktyabr) əvvəllərində yeni prosessorlarını, sonlarında isə yeni videokartlarını istifadəçilərə təqdim edəcək. Nvidia-nın başına gələn problemlərlə rastlaşmamaq üçün AMD ciddi dərəcədə videokart istehsal edib. Twitter üzərindən Nvidia RTX 3000 videokartlarından birini stok problemi səbəbiylə ala bilmədiyindən şikayət edən bir istifadəçi AMD-nin də bu problem ilə qarşılacağını deyib və 10 dollara mərcə girib. Bunun üzərinə AMD rəsmisi olan Frank Azor da mərci udub 10 dolları almağı səbirsizliklə gözlədiyini və AMD-nin stok problemi olmasın deyə ciddi tədbirlər gördüyünü vurğulayıb. Qısaca RX 6000 videokartlarının stok sayının RTX 3080 RTX 3090-a görə daha çox olduğu iddia edilir. Gələn ay AMD şirkətinin də bu problem ilə qarşılaşıb-qarşılaşmayacağına şahid olacağıq. Ümid edirik ki, rəqabət artar və udan tərəf istifadəçilər olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər