AMD, Zen 4 və RDNA 3 arxitekturaları üçün təkmilləşdirilmiş 5 nm texnologiyası istifadə edə bilər
Elm & Texnologiya
17.04.2020
Nijat Hamid
AMD şirkəti bir sonrakı Zen 4 və RDNA 3 çip arxitekturaları üçün xüsusi optimizasiya edilmiş 5 nm istehsal texnologiyası istifadə edə bilər. Bilindiyi kimi Zen arxitekturası AMD prosessorlarda, RDNA arxitekturası isə AMD videokartlarda istifadə olunur. Hal-hazırda Zen 3 və RDNA 2 arxitekturaları 7 nm+ hazırlanması planlanır. Lakin onlardan sonra gələcək olan Zen 4 və RDNA 3 arxitekturaları 5 nm istehsal texnologiyası ilə hazırlanacaq.
AMD, yeni arxitekturaları üçün saf 5 nm yerinə xüsusi optimizasiya edilmiş 5 nm istehsal texnologiyası istifadə edəcək.
Həm AMD, həm də Nvidia şirkəti silikon istehsalçısı olan TSMC şirkəti ilə sıx əlaqələr içindədir. TSMC şirkətinin 5 nm-lik istehsal texnologiyasını daha da təkmilləşdirərək daha güçlü lakin daha az enerji istifadə edən silikon çiplər istehsal edə biləcək. Bunun hesabına hazırlanan yeni Zen 4 arxitekturalı prosessorlar və RDNA 3 arxitekturalı videokartlar daha güclü olacaqlar. Hər iki arxitekturadakı məhsulların çıxması 2021-ci ilin sonlarına doğru planlayır. AMD rəqibi olan Intel-dən isə hələki səs yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək