Amerikalı şəxs, drone vasitəsilə Meksikadan ABŞ-a amfetamin keçirtmək istəyərkən yaxalandı

Amerikalı şəxs, drone vasitəsilə Meksikadan ABŞ-a amfetamin keçirtmək istəyərkən yaxalandı

Texnologiya
23.08.2017 PAYLAŞIM

Drone-dan istifadə etmiş 25 yaşlı amerikalı Jorge Edwin Rivera, Meksikadan ABŞ-a 6 kq ağırlığında amfetamin narkotikini keçirdib.

Amerikalı sərhədçilər, göydə drone-nun uçduğunu görərək onu izləyiblər və Jorge adlı şəxsin əsl niyyətini öyrəniblər. Belə ki, Jorge, həmin drone-nu endirmək istəyəndə sərhədçilər onu yaxalayıblar. Dindirilmə əsnasında məlum olub ki, San Dieqo-da yerləşən yanacaqdoldurma məntəqələrindən birindəki digər şəxsə amfetamini çatdırmaq üçün Jorge-yə 1000$ ödəniş olunub. Bir neçə yüz min dollar qiyməti olan narkotik vasitələri, Jorge, yemək qabına qoyaraq onu drone-na yerləşdirib. Bundan əlavə olaraq Jorge etiraf edib ki, bu onun 6-cı belə işidir. Polisin verdiyi məlumata əsasən bu, DJI Matrice 600 Pro adlı drone modeli idi. Onun qiyməti isə 5000$ təşkil edir. Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşı öz növbəsində qeyd edib ki, drone-lar narkotik daşınmasında əlverişli üsul deyil. Belə ki, onlar bir dəfəyə böyük miqdarda narkotik vasitələri daşıya bilmirlər və yüksək səslə çalışırlar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..


Volkswagen 25 000 avroya satılacaq elektromobilini təqdim edib

Volkswagen şirkəti ID. 2all adlı elektromobil konseptini sərgiləyib.


Google Glass Enterprise Edition adlı AR eynəyinin satışlarını dayandırıb

Google şirkəti Glass Enterprise Edition 2 adlı AR eynəyinin satışlarını dayandırdığını elan edib...

×