
Amerikalı şəxsə öz MacBook-u ilə nikah qurmağa icazə verilmədi
Elm & Texnologiya
03.06.2017
Emil
Yuta ştatının baş prokurorunun ofisi, məhkəməni, keçmiş hərbçi Chris Sevier-in öz MacBook-u ilə evlənməsi cəhdinə əsasən yazdığı iddia ərizəsini ləğv etməyə çağırıb.

Özünün 24 səhifəlik iddia ərizəsində Sevier, homoseksual
cütlüklərin ailə qurmalarına yönəlik qanuna əsaslanır. Sevier-in sözlərinə görə
bu qanun, baxmayaraq ki, homoseksual nikah iştirakçılarının müvafiq cinsi
orqanlara sahib olmamaları təqdirdə də həmin nikahlara icazə verir. Onun
fikrincə qanunvericilik, insana onun sevgi marağını əks etdirən digər obyektlərlə
nikah qurmağa icazə verməlidir. “Kompüter ilə və ya bir neçə partnyor ilə
nikah, konstitusiya tərəfindən qorunan hüquqlar deyil. Bundan əlavə olaraq əgər
bunun əksi olsaydı, onun kompüteri 15 yaşına çatmayıb. Beləliklə o, Yuta
ştatının qanunlarına əsasən nikah üçün azyaşlıdır” – deyə Yuta ştatının baş
prokurorunun köməkçisi bildirib. Chris Sevier hal hazırda Yuta ştatının
qubernatoru, baş prokuroru və dairə katibi ilə məhkəmə prosesindədir. O, bir
neçə müddət bundan öncə eynicinsli nikahların qanun tərəfindən tanınmasına
istinad edərək kompüter ilə nikahların da icazəsini tələb edir. Sevier daha əvvəllərdə
müxtəlif ştatlarda buna oxşar məhkəmə proseslərində uduzub. 2013-cü ildə isə o,
“Apple” şirkətinin onun nikahını məhv etməsi ittihamı ilə şirkəti məhkəməy
vermişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
