
Amerikalılar 2030-cu illərin əvvəllərində Marsa yollanmağı istəyirlər
Elm & Texnologiya
04.09.2025
Emil
ABŞ gələcək onilliyin əvvəlində Marsa pilotlu missiya göndərməyi planlaşdırır, bunu verdiyi müsahibədə nəqliyyat naziri və NASA rəhbərinin səlahiyyətlərini icra edən Sean Duffy bildirib. O, qeyd edib: “Biz Ayda baza qurmağa başlamaq üçün ora faydalı yüklər göndərmək istəyirik və sonra 2030-cu illərin əvvəlində Marsa yollanacağıq. Bu, 8 ay davam edəcək missiya olacaq”. Artıq 2026-cı ilin yazında ABŞ 4 astronavtlı kosmik gəmi göndərməyi planlaşdırır. Gəmi Ay ətrafında dövrə vuracaq, eniş edəcək və insanlar onun səthində 8-12 gün qalacaqlar.

O əlavə edib ki, indiyədək insan Ayda 3 gündən artıq qalmayıb. Tesla və SpaceX şirkətlərinin rəhbəri Elon Musk 2026-cı ilin sonunda Marsa insanabənzər robot Optimus-un da yerləşdirildiyi Starship kosmik gəmisini göndərməyi planlaşdırır. Biznesmenin fikrincə, əgər missiya uğurlu olarsa, növbəti imkan pəncərəsində pilotlu missiya başladılıb, artıq 2029-cu ildə eniş həyata keçirilə bilər, lakin o bunun üçün daha real tarixi 2031-ci il hesab edir. Marsın mənimsənilməsi planları barədə dəfələrlə ABŞ prezidenti Donald Trump və onun administrasiya üzvləri bəyanatlar veriblər. Dövlət başçısı vəzifəyə başladığı gün Marsa astronavtlar göndərib, orada ölkənin “ulduzlu-zolaqlı bayrağını” sancmaq istədiyini açıqlamışdı.
Paylaş