Analitiklər elektromobillər ilə adi avtomobillərin ətraf mühitə verdikləri zərərləri müqayisə ediblər

Analitiklər elektromobillər ilə adi avtomobillərin ətraf mühitə verdikləri zərərləri müqayisə ediblər

Texnologiya
08.03.2021 PAYLAŞIM

    Elektrikli mühərrikə sahib avtomobillər hər il məşhurlaşmağa davam edirlər. Lakin mütəxəssislər bu texnologiyanın həqiqətən də ətraf mühit üçün təmiz olub-olmadığını dəqiq söyləməkdə çətinlik çəkirlər. Bu suala bu dəfə Transport & Environment federasiyasının analitikləri cavab veriblər. Onlar sübut ediblər ki, daxili yanacaq mühərrikli avtomobillərdən fərqli olaraq elektromobillər təbiətə daha az zərər vururlar. Analitiklərin sözlərinə əsasən elektromobillərin yüksək ekoloji özəlliklərə sahib olduqlarına dair sübutlardan biri də istifadə olunan xammal miqdarı ola bilər.

    Məsələn, bir elektromobilin batareyaları öz fəaliyyət dövrü ərzində 30 kq metaldan istifadə edirlər. Adi orta statistik avtomobil isə öz fəaliyyət dövrü çərçivəsində 17.000 litr benzin yandırır. Bu nəticələri real həyatdakı obyektlərlə müqayisə etdikdə görmək olar ki, elektromobil batareyaları bu halda futbol topunu, adi avtomobil isə 25 mərtəbə hündürlüyündə və neft çəlləklərindən ibarət olan qülləni xatırladacaq. Onu da qeyd etmək lazımdır ki, bu iki texnologiya arasındakı fərq getdikcə daha da artır. Belə ki, texnologiyalar günü-gündən inkişaf edirlər. Elektromobillər ətraf mühit üçün daha da təhlükəsiz olacaqlar. Lakin daxili yanacaq mühərrikləri artıq öz inkişaflarının pik nöqtələrinə çatıblar.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×