Analitiklər: 'HarmonyOS əməliyyat sistemləri bazarını ələ keçirtməyə başlayır'

Analitiklər: 'HarmonyOS əməliyyat sistemləri bazarını ələ keçirtməyə başlayır'

Texnologiya
15.10.2019 PAYLAŞIM

    Google şirkəti ilə əməkdaşlığı pozulan smartfon və müxtəlif telekommunikasiya istehsalçısı olan Huawei şirkəti HarmonyOS adlı fərdi əməliyyat sistemini hazırlayıb. Şirkət öz əməliyyat sistemindən aktiv şəkildə istifadə etməyə tələsməsə də, analitiklər yaxın zamanda HarmonyOS-ə tələbatın nə dərəcədə olacağını hesablayıblar. Bu barədə Gizmochina saytı xəbər verib. Nəzərə alsaq ki, HarmonyOS təkcə smartfonlar üçün hazırlanmış əməliyyat sistemi kimi yox daha universal əməliyyat sistemi kimi qələmə verilir, artıq 2020-ci ildə o, böyüklüyünə görə 5-ci əməliyyat sistemi ola bilər.


    Bu sistemin bazardakı payı 2% təşkil edəcək və öz inkişafı çərçivəsində Linux-u geridə qoyacaq. Marketoloqların hesablamalarına əsasən bu ilin sonuna kimi HarmonyOS-in Çin bazarındakı payı 0.1%, 2020-ci ilin sonuna kimi isə 5% təşkil edəcək. Bugün isə ən məşhur əməliyyat sistemi Android hesab edilir. Onun bazardakı payı 39%-dir. İkinci yerdə Windows (35%), üçüncü yerdə iOS (13.87%), dördüncü yerdə macOS (5.92%), beşinci yerdə isə Linux (0.77%) qərarlaşıb.

    HarmonyOS-in özəllikləri sırasında Android, Linux və HTML5 tətbiqlərin dəstəklənməsi, Ark Huawei kompilyatorunun olması, Kotlin, C, C++, Java Javascript proqramlaşdırma dillərinin dəstəklənməsi və universallıq var. Şirkətin sözlərinə əsasən bu əməliyyat sistemini smartfonlara, planşetlərə, noutbuklara, smart saatlara və s. cihazlara quraşdırmaq mümkündür. Qeyd etmək lazımdır ki, HarmonyOS əməliyyat sistemini ilk əldə etmiş cihazlar Huawei şirkətinin televizorları oldular.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×