
Consumer Intelligence Research Partners (CIRP) tədqiqat şirkəti 2020-ci ilin birinci rübü üzrə mobil əməliyyat sistemləri bazarının vəziyyəti barəsində hesabatı təqdin edib. Analitiklər əsasən hansı sayda iOS və Android sistemli yeni smartfonların aktivləşdirildiklərini hesablayıblar və hər bir əməliyyat sisteminin istifadəçilərinin həmin əməliyyat sistemlərinə olan loyallıq səviyyələrini təyin ediblər. Bu barədə 9to5mac saytı xəbər evrib. Qeyd etmək lazımdır ki, qeyd edilmiş statistika ABŞ bazarı üzrə tərtib olunub. Buna görə də digər regionlarda olan göstəricilər bir qədər fərqlənə bilərlər.
Beləliklə şirkətin təqdim etmiş olduğu hesabata əsaəsn 2020-ci ilin birinci rübündə aktivləşdirilmiş yeni smartfonların 56%-i Android əməliyyat sistemi vasitəsilə çalışır. iOS-də isə bu göstərici 44% təşkil edir. Əslində bu cür göstərici Apple şirkəti üçün 2016-cı ildən bəri ən yaxşı göstəricidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-ci ilin birinci rübündə yeni smartfonların yalnız 32%-i iOS vasitəsilə çalışırdı. Beləliklə Apple şirkəti aktiv şəkildə mobil cihazlar bazarında Google şirkətinin sahib olduğu payı minimuma endirir.
Hesabatın ikinci hissəsi müştərilərin loyallıqlarına həsr edilib. Analitiklər qeyd ediblər ki, bu məsələdə hər iki əməliyyat sisteminin göstəriciləri demək olar eynidir. İstifadəçilərin iOS və Android-ə olan loyallıq səviyyəsi 90% təşkil edir. Bu məsələdə Android-in faiz göstəricisi çox az miqdarda yüksəkdir. Bu isə o deməkdir ki, bir əməliyyat sistemindən digərinə keçid etmək istəyən çox az sayda adam var. Buna görə də yaxın müddətdə hansısa əməliyyat sisteminin bazarda yüksək pay sahibinə çevrilməsini gözləmək lazım deyil.
Şərh yoxdur