main-post-cover

    Android 10-un faydalı funksiyası Chrome brauzerinə inteqrasiya ediləcək

    Elm & Texnologiya
    06.05.2020
    Farid Pardashunas
        Keçən il Google şirkəti Android 10 əməliyyat sistemi ilə birlikdə Live Captions adlı funksiyanı da təqdim etmişdi. Bu funksiya real zaman ərzində istənilən audio faylını mətn formatına çevirə bilir. İlkin olaraq sözügedən funsiya Pixel 4 smartfon seriyasında istifadəyə verildi və daha sonra daha köhnə Pixel modellərində təqdim olundu. İndi isə Google şirkəti bu texnologiyanı Chrome brauzerinə inteqrasiya edib. Bu barədə Techradar saytı xəbər verib.
        Live Captions funksiyasını artıq Chrome Canary brauzerində istifadə etmək olar. Qeyd etmək lazımdır ki, Chrome Canary tərtibatçılar üçün nəzərdə tutulmuş test məqsədli brauzerdir. Digər yeni özəlliklər kimi Live Captions funksiyasını da Chrome Canary brauzerinin təcrübi ayarlarında aşkar etmək olar. Bunun üçün brauzerin URL hissəsində “chrome://flags” yazmaq və brauzerdə olan axtarış sistemi vasitəsilə Live Captions funksiyasını taparaq onu aktivləşdirmək lazımdır.
        Funksiyanı aktivləşdirəndən sonra brauzeri yenidən işə salmaq və onu adi ayarlar ilə aktivləşdirmək lazımdır. Live Captions funksiyasının aktivləşdirilməsindən sonra brauzerdə işə salınacaq hər bir video avtomatik altyazılar ilə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu özəllik çoxdan bəri Youtube servisində var idi. Lakin indi o, bütün saytlarda işə düşür. Live Captions funksiyasının Chrome brauzerinin stabil versiyasına nə zaman inteqrasiya olunacağı bilinmir
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər