Android 11-də yeni və fərqli 5G şəbəkələri necə adlandırılacaq?

Android 11-də yeni və fərqli 5G şəbəkələri necə adlandırılacaq?

Texnologiya
24.05.2020 PAYLAŞIM

        Android 11 əməliyyat sistemi təxminlərə görə Avqust və ya Sentyabr aylarında stabil şəkildə istifadəyə veriləcək. Yeni şəbəkə qoşulmalarını dəstəkləyən sistemdə 5G qoşulmalar istifadəçiyə necə göstəriləcək? Bu sualın cavabı bu gün bəlli oldu. Müxtəlif 5G şəbəkələri olduğu üçün hər biri müxtəlif ikonlar vasitəsilə göstəriləcək.

Android 11 əməliyyat sistemi 3 fərqli 5G şəbəkəsini dəstəkləyəcək.


        Google bu günlərdə Android 11 haqqında məlumatların verildiyi səhifəsini yenilədi. Beləliklə müxtəlif 5G şəbəkələrinin Android 11-də necə adlandırılacağını öyrənmiş olduq. Google-a görə şəbəkələrin adlandırılması aşağıdakı kimi olacaq:

  • LTE - sadə 4G şəbəkəsi.
  • LTE+ - təkmilləşdirilmiş 4G şəbəkəsi və ya 4.5G.
  • 5Ge - LTE Advanced Pro. Əsl 5G deyil, lakin 4G-ə nəzərən daha yüksək sürət verir.
  • 5G - 6 Ghz altında işləyən 5G. 5G-nin vəd etdiyi sürətə çata bilməyən giriş səviyyəsi şəbəkə.
  • 5G+ - Millimetrlik dalğa diapozonu ilə işləyən əsl 5G. Çox yüksək sürətləri dəstəkləyir.

        Yuxarıdakı sıralamaya əsasən yeni texnologiya deyə biləcəyimiz şəbəkələr 5G5G+ olacaq. 5Ge isə əslində 4G texnologiyası istifadə edən, lakin 5G-ə yaxınlaşan bir şəbəkə olacaq. 2018-ə qədər AT&T şirkəti LTE Advanced şəbəkəsini 5Ge olaraq adlandırmağa çalışsa da istifadəçilərin ağlını qarışdırmamaq üçün bu fikirdən imtina etdi. Hətta buna görə AT&T şirkətinə məhkəmə iddiaları belə qaldırıldı.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..


Xiaomi-nin 120W dəstəkləyən yeni şarj adapteri sızdırıldı

Xiaomi şirkətinə məxsus 120W dəstəkləyən yeni şarj adapteri internetə sızdırıldı.


Chrome brauzeri 6 il sonra x64 bit arxitekturaya keçir: Nə dəyişəcək? (Android)..

Google şirkətinə məxsus Chrome brauzerinin Android versiyası 6 il sonra 64 bit arxitekturaya keçir...


Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Yeni funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq...


Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər..

Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. On..

×