Logo
    main-post-cover

    Android-də aşkar edilmiş yeni sistem boşluğu yüklənmiş faylları kökündən silir

    Elm & Texnologiya
    31.01.2020
    Emil
        Google şirkətinin öz əməliyyat sistemi olan Android-i stabil olması üçün nə qədər çox çalışsa da bəzən onda istifadəçiləri narahat edən buglar ortaya çıxır. Növbəti belə bir bug Android 9 əməliyyat sistemini əhatə edib. Belə ki, aşkar edilmiş yeni sistem boşluğu istifadəçi faylların kökündən silinməsi ilə bağlıdır. Bu barədə Slashgear saytı xəbər verib. Android vasitəsilə çalışan smartfonlarda yüklənmiş bütün fayllar avtomatik olaraq Downloads qovluğuna əlavə olunur.
        Lakin Android 9 istifadəçilərindən birinin yanvar ayının sonunda təqdim etmiş olduğu hesabatda qeyd edilib ki, yüklənmiş faylların və fotoların Downloads qovluğundan başqa qovluğa keçirtmək cəhdi nəticəsində sistem onları kökündən silə bilər. Bu proses smartfonun gözləmə rejiminə keçirilməsi zamanı baş verir. Sözügedən sistem boşluğu həmçinin Downloads qovluğunun adının dəyişdirilməsi cəhdi zamanı da özünü göstərir.
        Məlumatda qeyd edilib ki, hal hazırda Android 9-da yüklənmiş faylların təşkili qeyri stabildir. Buna görə də kənar tətbiq tərtibatçıları fayllar ilə fotoların digər qovluqlara kopyalanmasını məsləhət görmürlər. Yüklənmiş fayllar çox vacib fayllardırsa onları bulud servislərə və ya kompüterlərə yükləmək məsləhət görülür. Google şirkəti öz növbəsində sözügedən sistem boşluğu barəsində heç bir fikir bildirməyib.
    Paylaş
    Bənzər xəbərlər