Android Developer Preview 2 təqdim olunub: Nə kimi yeniliklər var?

Android Developer Preview 2 təqdim olunub: Nə kimi yeniliklər var?

Texnologiya
19.03.2020 PAYLAŞIM

    Google şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş Android 11 Developer Preview-un birinci versiyasını təqdim etdikdən 1 ay sonra onun ikinci versiyasını da təqdim etdi. Bir sıra təhlükəsizlik problemlərinin aradan qaldırılması ilə yanaşı şirkət həmçinin bəzi yeni funksiyaları da təqdim edib. Həmin yeni funksiyalar arasında ekranın dinamik tezlik yenilənməsi, tətbiqlərin casus aktivliklərinin bloklanması, telefon dələduzluqlarından təkmilləşdirilmiş qorunma sistemi var. Bu barədə Slashgear saytı xəbər verib.

    Android 11 Developer Preview 2-nin əsas yeniliklərindən biri də odur ki, əməliyyat sistemi elə ilk başdan qatlana bilən smartfon interfeysini dəstəkləyir. Daha öncəki zamanlarda tərtibatçılar əməliyyat sisteminin bu cür smartfon ekranlarını qeydiyyata almağı bacaran proqram təminatını hazırlamalı olurdular. Bundan sonra isə Android 11 bunu avtomatik şəkildə təyin edə biləcək. Əməliyyat sisteminə həmçinin 5G şəbəkələrinə qoşulmanı təyin edən API-lar da inteqrasiya edilib. Bu halda smartfon ekranında 5G şəbəkəsini əks etdirən ikon ortaya çıxacaq. Bununla yanaşı dələduzlar və spammerlər tərəfindən hazırlanan saxta telefon nömrələrinin təyin edilməsi sistemi inteqrasiya edilib.

    Android 11 Developer Preview 2-nin daha bir özəlliyi də ekran tezliyi yenilənməsinin avtomatik idarəsidir. Belə ki, az resursa ehtiyac duyan tətbiqlərin işə salınması zamanı ekran tezliyinin yenilənməsi avtomatik şəkildə aşağı düşəcək və beləliklə smartfon batareyasındakı enerjiyə qənaət edəcək. Nəhayət ki, Android 11 fon rejimində kamera ilə mikrofonun bloklanması funksiyasını əldə edib. İstifadəçi tərəfindən seçilmiş tətbiqlərə bu funksiyanı bir dəfə üçün və ya həmişəlik təyin etmək olar. Qeyd etmək lazımdır ki, Android Developer Preview versiyaları tərtibatçılar üçün nəzərdə tutulub və adi istifadəçilərin onları yükləmələri məsləhət görülmür.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi brendi öz ilk smart qolbağını təqdim etdi - QİYMƏTİ

Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini..


Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məl..


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..