
Android cihazlar arasında ən məşhur klaviatura tətbiqlərindən biri olan GO Keyboard, 200 milyona yaxın istifadəçini izləyir.
Bu barədə AdGuard xəbər verib. Məlumata əsasən GO Keyboard, Google-ın elektron poçt, smartfon ekranının ölçüsü, Android versiyası və cihazın modeli haqqında olan məlumatları, serverə ötürür. Nəzərə alsaq ki, bu klaviatura sayəsində istifadəçilər telefon nömrələri, şifrələr və digər məlumatları yığırlar, sözügedən tətbiqin yaradıcıları həmçinin sözügedən bu məlumatları da əldə etmiş ola bilərlər.
“Biz, sizin kredit kartınızın məlumatları da daxil olmaqla heç bir şəxsi məlumatları yığmayacağıq. Əslində biz, sizin bu klaviatura vasitəsilə yazdığınız bütün məlumatların konfidensiallığı haqqında düşünürük” – deyə GO Keyboard tətbiqinin Google Play-də olan təsvirində əks olunub.
Günəş sistemi haqqında 10 maraqlı fakt
AdGuard, “Google” şirkətinə artıq bu barədə məlumat verib. “Google” isə öz növbəsində GO Keyboard ilə nə edəcəyini düşünür. AdGuard, istifadəçilərə öz smartfonlarından GO Keyboard-Emoji Keyboard, Swipe Input, Gifs, GO Keyboard-Emoticon Keyboard, Free Theme və GIF kimi tətbiqləri pozmalarını məsləhət görür. Belə ki, bu mobil tətbiqlər sizin şəxsi məlumatlarınızı Çinə ötürə bilər. Sözügedən məlumatlar isə öz növbəsində, onlarla reklam şəbəkəsinə və kənar resurslara təqdim olunur.
“Təəssüflər olsunki bütün bu faktlar, indiki zəmanə üçün norma halına gəlib. Tədqiqatlar onu göstərib ki, sizin mobil telefonunuzda olan 10 tətbiqdən 7-si, sizin məlumatlarınızı kənar şəxslərə ötürür. Lakin GO Keyboard isə qırmızı xətti keçərək Google Play-in qaydalarını pozub”.
Şərh yoxdur