Android'in yaradıcısının yeni smartfonu istifadəçinin adından zənglərə və mesajlara cavab verəcək

Android'in yaradıcısının yeni smartfonu istifadəçinin adından zənglərə və mesajlara cavab verəcək

Texnologiya
11.10.2018 PAYLAŞIM

    Adroid-in yaradıcısı Andy Rubin insanların xoşuna gələcək smartfon istehsalı fikrindən daşınmaq niyyətində deyil. Onun əvvəlki cəhdi uğursuzluqla nəticələndi. Yeni məlumatlara əsasən növbəti cəhdində Andy Rubin süni zəkaya və səsli idarəetmə texnologiyasına üstünlük verəcək. Andy Rubin ümid edirdi ki, onun satışa çıxartdığı Essential Phone smartfonu Samsung və Apple şirkətlərinin ciddi rəqibi olacaq. Lakin sözügedən smartfonun satışları uğursuz oldu. Buna baxmayaraq onun şirkəti ağıllı səsgüclədnrici ilə birlikdə Essential Phone smartfonunun təkmilləşdirilmiş versiyasını satışa çıxartmağı planlaşdırırdı. Lakin görünür, planlar dəyişdi.

    Belə ki, bəzi mənbələrin verdikləri məlumatlara əsasən Rubin-in şirkəti yeni model smartfonun yaradılması səbəbilə kənar məhsulların istehsalını dayandırıb. Şirkətin ilk smartfonu olmuş Essential Phone-nun uğursuzluğunun əsas səbəbi onda idi ki, o, digər smartfonlardan heçnə ilə fərqlənmirdi. Yeni smartfonu isə mobil cihazlar bazarındakı dizayn trendinə əks istiqamətdə hazırlamaq qərara alınıb. Məsələn, məlumata əsasən şirkətin yeni smartfon modeli böyük ekrana sahib olmayacaq. Lakin bu, hamıdan fərqlənmək üçün qəbul edilmiş bir qərar deyil. Balaca ekrana keçidin əsas səbəbi ondan ibarətdir ki, yeni smartfonda idarəetmə sistemi səs vasitəsilə reallaşdırılacaq.

Bənzər xəbər


    Şirkətin fikrincə istənilən funksiyanı səs ilə yerinə yetirmək mümkündürsə, böyük ekrana ehtiyac yoxdur. Ümumilikdə yeni smartfonun bütün konsepsiyası səsin təyin olunması və süni zəka imkanları üzərində qurulacaq. Smartfonun maraqlı funksiyaları sırasında intellektual avtocavablayıcı olacaq. Rubin istəyir ki, onun yaradacağı yeni smartfon öz istifadəçisinin yerinə mesajlara cavab verə bilsin. Bu funksiya barəsində təfərrüatlar bilinmir. Lakin güman olunur ki, smartfon öz sahibinin ünsiyyət tərzini müşahidə edəcək və daxil olan zəngləri onun adından emal edəcək.

    Əvvəlki müsahibələrində Rubin maraqlı konsepsiyanı ortaya çıxartmışdı. Onun konsepsiyasında smartfonlar insanların virtul versiyalarına çevrilir. O güman etmişdi ki, əgər bu konsepsiyanı düzgün istifadə etmək olsa, telefonlardan olan asılılıqdan yaxa qurtarmaq mümkündür. Məsələn siz hardasa nahar edirsiniz və sizin telefonunuzda olan virtual kopyanız sizin əvəzinizə zənglərə və mesajlara cavab verir. Lakin nəzərə almaq lazımdır ki, Siri, Google AssistantAmazon Alexa özlərinə görə nə dərəcədə ağıllı olsalar da Rubin-in yaratdığı konsepsiyaya hələki çata bilmirlər. Buna görə də çətin ki, Rubin yaxın müddət ərzində bu cür özəlliyə sahib smartfon modeli təqdim edə bilsin.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qualcomm orta büdcəli smartfonlar üçün yeni Snapdragon 778G prosessorunu təqdim ..

Qualcomm şirkəti Snapdragon 700 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 778G-d..


Starlink peyk internetinin sürəti 2 dəfə daha artıb

Reddit istifadəçilərindən biri SpaceX şirkətinin Starlink peyk internetinin yeni sürət testi nəticəl..


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..

×