Android P (9.0) ilə 2 möhtəşəm yenilik gələcək: HEIF şəkil formatı və VP9 video kodeki

Android P (9.0) ilə 2 möhtəşəm yenilik gələcək: HEIF şəkil formatı və VP9 video kodeki

Texnologiya
09.07.2018 PAYLAŞIM

Android P (9.0) Google şirkətinin səbirsizliklə gözlənilən məhsullarından biridi. Beləki bu versiyada bir çox interfeys və texniki dəstək yenilənmələri olacağını yazmışdıq. Bu səfər isə əldə edilən məlumatlara əsasən Android P HEİF keyfiyyətində şəkil formatını və VP9 video kodekini dəstəkləyəcək.

HEİF( High Efficiency İmage Format)- Yüksək keyfiyyətli şəkil formatıdır. Kamera ilə çəkərkən əldə edilən .jpeg formatlı şəkillərə nəzərən daha keyfiyyətli olur.    

Bənzər xəbər


HEİF formatlı şəkillər xüsusi hazırlanmış alqoritma vasitəsilə sıxışdırılır və əldə olunan nəticədə şəkil daha keyfiyyətli görünür. Rənglər də pozulma olmur, piksellər itmir və s. JPG şəkilləri kimi HEİF şəkillərin də özünə məxsus formatı olacaq. Bu texnologiya əslində iOS 11 sistemində mövcuddur, lakin insanlar JPEG HEİF şəkillər arasındakı fərqi çətin anladığı üçün çox istifadə edilmir. HEİF formatı əsasən çəkilən şəkillərə böyük ekranlarda baxarkən öz fərqindən bəhs etdirir. Bu formatın bir digər üstün cəhətləri isə belədir:

  • Çəkilən şəkillər qaleriyada thumbnail tipli kiçik şəkillər yaratmayacağı üçün telefon yaddaşı dolmayacaq.
  • Ardıcıl şəkil çəkərkən bütün şəkillər bir fayl daxilində toplana bilir.
  • Şəkillərdə 360, 90, 180, və 270 dərəcələri default olaraq seçilə bilir.
  • Hər şəkil üçün rəng və dərinlik xəritəsi şəkilin özündə saxlanıla bilir.                 

VB9 Kodek- HDR dəstəkli videolar çəkmək üçün vacib olan bir video kodekidir. Əsasən Youtuber-lər üçün daha vacibdir. Çünki videonu upload edərkən keyfiyyətdə azalmalar bu kodekdə olmur.    

Bu kodek formatı Google tərəfindən hazırlanmış və müəllif huquqları olmadan hərkəs üçün istifadəyə açıq bir formatdır. Hal-hazırda Youtube platformasında baxdığımız bir çox video bu format ilə hazırlanır. Android P sistemi ilə birliktə artıq VB9 kodek dəstəkli videolar çəkə biləcik və əlavə olaraq bu videolar HDR dəstəyinə malik olacaq. Qısaca, artıq Youtube üçün telefon ilə çəkilən videolar sanki profesional kameralar ilə çəkilmiş kimi ola biləcək. HDR dəstəkli VB9 kodek videosunun necə olduğunu bilmək üçün aşağıdakı videoya baxmağınız kifayətdir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×