
Bundan 1 ay əvvəl qədər Android P (9.0) ilə bağlı bir çox yenilikləri sizə çatdırmışdıq. İndi isə başqa bir yenilikdən bəhs edilir. Google, Android P (9.0) ilə birliktə Vulkan API v1.1 texnologiyasını istifadəyə verəcək. Bu ilin sonunda Google Pixel modelləri üçün hazır olacağı düşünülən Android P oyun performansı olaraq digər sistemlərdən çox fərqlənəcək.
Android P Developer Preview 2 yenilənməsi ilə birliktə Android 9 Vulkan API 1.1 texnologiyasından istifadə edəcək.
Android Nougat (7.0) ilə birliktə istifadəyə verilən Vulkan API 1.0 versiyası ilk dəfə Galaxy S7 modeli ilə birliktə qarşımıza çıxdı. OpenGL texnologiyasından fərqli olaraq Vulkan texnologiyasında mobil oyunlar artıq konsol səviyyəsində qrafiklərə malik olaraq hazırlana bilirdi. Bu həm yüksək oyun performansı, həm də yüksək qrafiklər demək idi. Aşağıdakı videoda Vulkan API texnologiyasının oyunlardakı fərqini görəcəksiniz.
Şərh yoxdur