Android P-nin ilk versiyası təqdim olundu. Yeniliklər nələrdir?

Android P-nin ilk versiyası təqdim olundu. Yeniliklər nələrdir?

Texnologiya
08.03.2018 PAYLAŞIM

Ənənə üzrə hər ilin Mart ayında “Google” şirkəti tərtibatçılar üçün yeni Android versiyasını təqdim edir.

Yeni versiyanın adı Android P-dir. Onun tam adının necə olacağını heç kim bilməsə də bir çoxlarının fikrincə yeni əməliyyat sistemi məhz Android Pie adlanacaq. Android P Nexus seriyasına tamamilə son qoyur. Bu isə o deməkdir ki, əməliyyat sistemi birinci və ikinci nəsil Pixel modellərində təqdim olunacaq. The Next Web saytı yeni sistemin 5 əsas funksiyaları barəsində məlumat verib.

Smartfonlarda ön panelin yuxarı hissəsindəki çıxıntı dəstəyi:


Günümüzdə smartfonların dizaynında yeni dəb yaranıb. Belə ki, bir çox istehsalçılar öz smartfonlarında ön panelin yuxarı hissəsinə kiçik çıxıntı əlavə edirlər. Bu isə öz növbəsində tərtibatçıların işini çətinləşdirir. Belə ki, bu halda sistemin və tətbiqlərin interfeyslərini həmin çıxıntı üzrə adaptasiya etdirməli olurlar.


İndi isə hər şey daha sadə şəkildə çalışır. “Google” çıxıntının forma və ölçüsünü standartlaşdırmağı təklif etmir. Smartfon istehsalçıları sətirlərin hündürlüyünü dəyişə və çıxıntıdan sol və sağ tərəfdəki istənilən formada olan ekran sahəsini istifadə edə bilərlər. Tətbiq tərtibatçıları isə adi ekranlara sahib smartfonlarda müxtəlif forma və ölçüdə olan çıxıntıları modelləşdirə bilərlər.

Yeni dizayn:

“Google” növbəti dəfə standart pəncərələrin (bildiriş sətirləri, ayarlar və digər interfeyslər) xarici görünüşündə düzəlişlər edib. İkonlar dairəvi künclərə sahib olublar. Ümumilikdə isə interfeys daha parlaq və rəngli olub.

Yaxşılaşdırılmış bildirişlər:

Şirkət daimi olaraq bildirişlər sətrini təkmilləşdirir. İndi isə həmin sətirdə messencerlərdən olan ismarışlara kontekstdən asılı olaraq sürətli “ağıllı” cavab vermək imkanı yaradılıb. Aşağı fotoda da görmək olar ki, “How about sushi?” sualına sistem 3 cavab təqdim edir: Müsbət, neytral və mənfi.

Bir neçə kamera dəstəyi:

Android P çox kameralı modulların standart dəstəyini təqdim edir. Bu isə öz növbəsində smartfonlardakı ikili kamera ayarlarının prosesini sadələşdirir. Tərtibatçılar sürətli şəkildə fotodakı arxa fonun bulanıq düşməsi və iki kamera arasındakı keçid hesabına optik zoom funksiyasını əlavə edə biləcəklər. Bundan əlavə olaraq 3D effektin yaradılması üçün kənar tətbiqlərə bir anda iki kamera vasitəsilə çəkiliş özəlliyi də əlavə olunacaq.

Binaların daxilində naviqasiya:

Yeni sistemə şirkət Wi-Fi IEEE 802.11mc (RTT) protokolunu əlavə edir. Şəbəkənin bu cür standartı bütün dünya üzrə yayılandan sonra istifadəçilər xəritə naviqasiyalarını hətta binaların daxilində də istifadə edə biləcəklər. Beləliklə böyük ticarət mərkəzlərində lazımi mağazanı və ya park yerində avtomobili tapmaq daha da asan olacaq.


Təbii ki, bütün bunlar Android P-nin tam yenilikləri deyil. Yeni əməliyyat sistemi barəsində əlavə məlumatlar bu ilin May ayında tərtibatçılar üçün keçiriləcək Google I/O tədbirində səsləndiriləcək. Məhz həmin vaxtda adi istifadəçilər üçün Android P-nin ilk beta-test versiyası təqdim olunmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×