Android sisteminin hack olunması iOS'dən daha qəliz olub

Android sisteminin hack olunması iOS'dən daha qəliz olub

Texnologiya
04.09.2019 PAYLAŞIM

    Kompüter təhlükəsizliyi sahəsində keçirilmiş Black Hat adlı tədbir çərçivəsində mütəxəssislər iOS əməliyyat sistemində çoxlu sayda boşluqular aşkar etdilər. Lakin məlum olub ki, bu hələ aysberqin yuxarı hissəsidir. Yeni hesabatda qeyd ediblib ki, Android əməliyyat sistemi iOS-dan daha etibarlı olub. O qədər etibarlı ki, onun hack olunması qiyməti 1 il ərzində 10 dəfə artıb. Bu barədə 9to5mac saytı xəbər verib. Rəqəmsal təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssisləri narahat edən fakt isə Zerodium şirkətinin qiymət göstəriciləridir.

    Bu şirkət sistem boşluqları bazarında məşhur brokerdir. İstifadəçi tərəfindən heç bir əməliyyatı tələb etməyən və Android cihazlar üçün nəzərdə tutulan kritik exploitin hal hazırda qiyməti 2.5 milyon dollar təşkil edir. iOS sistemindəki boşluğun qiyməti isə 2 milyona kimi düşüb. İstifadəçi tərəfindən minimal əməliyyatları tələb edən hack prosesinin qiyməti isə 1 milyon dollara kimi düşüb. “iOS üçün olan exploitlərin çox hissəsi Safari brauzeri və ya iMessage messenceri ilə əlaqəlidir. Bu əməliyyat sistemində boşluqların saylarının artması nəticəsində biz onların bəzilərindən imtina edir və hətta onları qiymətləndirmirik” - deyə Zerodium şirkətinin yaradıcısı bldirib.


    Keçən il ilə müqayisədə bu il təkmilləşdirilmiş Android exploitinin qiyməti 12 dəfə yüksəlib. Məlumatda qeyd edilib ki, çoxlu sayda cihaz və əməliyyat sistemi versiyalarının olmasına görə üniversal hack üsulunun yaradılması çox zaman alır. Bu proses Android-ə şamil olunur. iOS-də isə hack üsulunun yaradılması bir çox Apple məhsulları üçün eynidir. Zerodium şirkətinin yaradıcısının sözlərinə əsasən Samsung ilə Google şirkətlərinin birgə səyləri nəticəsində hər bir yeni Android versiyasının təhlükəsizliyi yeni səviyyəyə yüksəlir. Buna görə də Android üçün exploit zəncirlərinin yaradılması qəlizləşib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..


Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxac..

İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxi..


Cənubi Koreyanın uşaq bağçalarında uşaqların tərbiyələri ilə smart robotlar məşğ..

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən uşaq bağçalarında robotlar təhsil bələdçiləri rolunda da ç..


Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək..

Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi...


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..

×