Logo
    main-post-cover

    Android smartfon istehsalçıları 'Apple'dan fərqli olaraq öz cihazlarını zəiflətmədiklərini dedilər

    Elm & Texnologiya
    02.01.2018
    Emil
    Android smartfon istehsalçıları arasında nəhənglərdən olan “Samsung” ilə “LG” şirkəti təsdiqləyiblər ki, onlar köhnə batareyalara sahib olan smartfonları süni şəkildə zəiflətmirlər.
    Bu bəyanatlar “Apple” şirkətinin öz köhnə iPhone cihazlarını bilərəkdən zəiflətdiyinə görə istifadəçilərdən üzr istəməsi fonunda verilib. Hər iki şirkət bildirib ki, onlar öz köhnə cihazlarındakı prosessorların gücünü bilərəkdən zəiflətməyiblər. “LG” isə xüsusi olaraq qeyd edib ki, o heç zaman öz smartfonlarını zəiflətməyəcək. “Biz heç zaman və heç nəyə baxmayaraq bunu etməyəcəyik. Biz müştərilərimizin bizim haqqımızda nə düşündüklərinin qayğısına qalırıq” – deyə “LG” şirkəti bildirib.
    Məhsulun keyfiyyəti Samsung Mobile-ın əsas prioriteti kimi qalıb və qalacaq. Biz Samsung cihazlarının stabil işlərini çoxmərhələli təhlükəsizlik üsulları ilə təmin edirik. Həmin təhlükəsizlik üsulları isə batareyanın şarj cərəyanını və şarj müddətini tənzimləyən alqoritmləri özlərində birləşdirirlər. Biz smartfonun istifadə müddəti ərzində əməliyyat sistemi yenilənməsi vasitəsilə prosessorların güclərini zəiflətmirik” – deyə “Samsung” şirkəti qeyd edib.
    Bir neçə müddət bundan öncə həmçinin “HTC” və “Motorola” kimi şirkətlər də köhnə batareyalara sahib smartfonlarını zəiflətmədiklərini bildirmişdilər.
    Paylaş
    Bənzər xəbərlər