
Android smartfonlar üçün ən ciddi kiberhücum təhlükəsi
Elm & Texnologiya
17.02.2018
Emil
“ESET” antivirus şirkəti Android əməliyyat sistemi əsasında çalışan smartfonlar üçün potensial təhlükələri əks etdirən hesabatı təqdim edib.
Beləliklə bu baxımdan hackerlərin
trendində olan üsul şantajçı viruslar olub. 2017-ci il kompüterlərə şifrələyici
virus hücumu hadisələri ilə yadda qaldı. Lakin şirkətin məlumatına əsasən mobil
cihazlara bu cür kiberhucumlar mütəmadi şəkildə baş verir. Mütəxəssislərin
fikrincə Android smartfon istifadəçilərinə olan ən məşhur kiberhücum
üsullarından biri də “polis” şantajçı virusları olub.

Hansısa sayta daxil olmaq
və ya hansısa tətbiqi mənbəyi bilinməyən yerdən yükləmək istəyən zaman istifadəçi
lisenziyası olmayan proqram təminatı səbəbindən cihazın bloklanması ismarışı ilə
qarşılaşır. Bu cür viruslar “polis” şantajçılar adlanırlar. Belə ki, onların
görünüşü hüquq-mühafizə orqanlarının rəsmi sənədlərinə bənzəyirlər. Bu isə öz
növbəsində istifadəçinin daha çox qorxmasına səbəb olur. Əgər istifadəçi qorxmuş
vəziyyətdədirsə onu müəyyən miqdarda cərimə ödəməyə sövq edə və ya ondan şəxsi
məlumatları tələb edə bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
