
Android smartfonlara Face ID texnologiyasının analoqu nə zaman gələcək?
Elm & Texnologiya
20.03.2018
Emil
Reuters saytının yeni hesabatına əsasən
Apple şirkəti istifadəçi üzünün 3D skan texnologiyası sahəsində digər şirkətləri
2 il müddətinə qabaylayıb. Ehtiyat hissələrinin təchizatı ilə məşğul olan 3
böyük şirkət ilə danışıqlardan sonra Reuters saytı belə bir nəticəyə gəlib
ki, Android smartfon istehsalçıları iPhone X-dəki Face ID texnologiyasının
analoqunu yaratmaq üçün 2 il gözləməli olacaqlar.
“Viavi Solutions Inc, Finisiar Corp və Ams AG adlı istehsalçıların sözlərinə əsasən əsas detallarda olan zəif yerlər səbəbilə 3D skan ötürücülərinin irimiqyaslı istehsalına 2018-ci ildə start vermək mümkün olmayacaq. Bu isə o deməkdir ki, Xiaomi, Huawei və digər şirkətlər Apple-dan 2 il geridə qala bilərlər” – deyə Reuters saytı bildirib.
Android smartfon istehsalçıları iPhone X-də olan TrueDepth
kamerasındakı əsas detal olan VCSEL-dən istifadə etmək istəyirlər. Bu, şaquli
şüalanmanı təmin edən xüsusi lazerlərdir. 2017-ci ilin sonunda Apple şirkəti
VCSEL üçün komponent istehsalı ilə məşğul olan şirkətə 390 milyon dollar
investisiya yatırmışdı.
Viavi şirkətinin proqnozuna əsasən VCSEL
texnologiyası yalnız bu ilin sonunda digər şirkətlər üçün aktiv olacaq. Lakin
onun da miqdarı çox az sayda olacaq. Şirkət ümid edir ki, 2019-cu ildə üzün 3D
skan texnologiyasına sahib 2 ədəd Android smartfon çıxacaq. Bir neçə müddət
bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple rəqiblərinin
TrueDepth kamerasının analoqunu yaratmaları üçün 2.5 il vaxt lazımdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
