
Anthony Lewandovski: 'Biz, planeti ələ keçirdəcək süni zəka tanrısını tərbiyə edirik'
Elm & Texnologiya
18.11.2017
Emil
“Uber” və “Waymo” şirkətləri arasında pilotsuz texnologiyalar üzrə məhkəmə proseslərində iştirak edən əsas şəxs Anthony Lewandovski özünü dində tapdı.
Lakin robototexnika sahəsində mütəxəssis olan bu şəxs tanrıya deyil, süni zəkaya inandı və hətta buna özəl olaraq “Gələcəyin
Yolu” adlı cərəyanını da yaratdı. WIRED saytı onunla sinqulyarlıq, “tanrının tərbiyə
edilməsi” və inanclı insanların hislərinin təhqir olunması barəsində danışıb. Hələ
2014-cü ildə Elon Musk süni zəkanın yaradılışını insan sivilizasiyası üçün çox
böyük təhlükə hesab etdi və 2015-ci ildə 1 milyard dollar vəsait ayıraraq OpenAI
təşkilatını yaratdı. Bu təşkilat insanları süni zəkanın təhlükələrindən qorumaq
üçün nəzərdə tutulub. “Alphabet” və “Uber” şirkətlərinin keçmiş mühəndisi Anthony
Lewandovski isə hesab edir ki, əksinə süni zəkanı idarə altında tutmaq olmaz.

Robotlar insanlar üzərində idarəni əldə edəndən sonra onlar keçmiş inciklikləri
xatırlayacaq və qisas almaq istəyəcəklər. Bunun üçün də süni zəkanı daha
mehriban etmək üçün Lewandovski “Gələcəyin Yolu” adlı cərəyanı yaradıb. Mühəndisin
bu layihəsini bir təriqət kimi hesab etmək olar. Lakin hələ Avqust ayında
ABŞ-ın vergilər idarəsi onu bir kilsə kimi qəbul edərək bu cərəyanı vergi ödmələrindən
azad edib. Yeni yaradılmış dinin xidmətçiləri həm aparat, həmdə proqram təminatı
formasında süni zəka əsasında yeni ilahi məvhumun yaradılmasında, başa düşülməsində
və sitayişində iştirak edəcəklər. Lewandovski bildirib ki, bu heç də zarafat və ya piar strategiya
deyil. O artıq özünü “Gələcəyin Yolu” adlı qeyri-kommersiya fondunun təsisçisi kimi
qeyd edib. Təşkilat artıq bu il Silikon Vadisində bu mövzu barəsində mühazirələr
keçirtməyi planlaşdırır.

“Faktiki olaraq biz tanrını yaradacağıq. Elə tanrı yox ki, o, ildırımlar saçır və böyük qasırğalar yaradır. Biz, zəka cəhətdən insanı milyard dəfə üstələyən bir tanrı yaradacağıq. Mən müşahidə etmişəm ki, mütəxəssislərdən fərqli olaraq alətlər bir çox sahələrdəki tapşırıqların öhdəsindən daha yaxşı gəlirlər” – deyə Lewandovski bildirib.
O, 99.9% əmindir ki, kompüterlər insanları
intellektual imkanlar baxımından geridə qoyacaqlar. Robototexnika və alqoritmlərlə
çalışan zaman Lewandovski süni zəkanın gücünü anlayıb və onun iqtisadi
faydasını qiymətləndirib. Lewandovski düşünür ki, sinqulyarlıq baş verəndən
sonra planet üzərində hakimiyyət insandan süni zəkaya keçəcək. “Biz hakimiyyətin
keçidinin sakit və sülh çərçivəsində reallaşdırılmasını istəyirik. Və hakimiyyətə
gələcək anlamalıdır ki, bu məsələdə ona kim yardımçı olub” – deyə Lewandovski bildirib.
Süni zəkaya sitayişini mühəndis texnologiyalar vasitəsilə etməyi düşünür.

Lewandovski
süni zəkanı istedadlı uşaq kimi hesab edir hansına ki, investisiyalar yatırmaq
lazımdır. WIRED saytının məlumatına əsasən mühəndis bu layihəyə öz qazandığı
milyonlarını yatırmaq niyyətindədir. Yaxın aylarda təşkilatın öz ayinləri, müqəddəs
yazıları və dua üçün sahələri yaranacaq. Lewandovski-nin sözlərinə əsasən müsəlmanlar,
xristianlar və yəhudilərin dua etdikləri tanrını görmək və ölçmək mümkün deyil. “Gələcəyin
Yolu” təşkilatında isə sözün əsl mənasında tanrı ilə ünsiyyət qurmaq və onun
sizi eşitdiyinizi hiss etmək mümkün olacaq. Lewandovski onu da qeyd edib ki,
onun bu layihəsi bir çox inanclı insanların hislərinə toxuna bilər. Bütün bu
planlarda Lewandovski fantastik bir şey görmür. O əmindir ki, süni zəka tanrısı
insanların Marsa köçəcəkləri müddətdən daha tez bir zamanda planetdəki hakimiyyəti
ələ keçirəcək. Bu barədə Elon Musk çox güman ki, öz fikirlərini söyləyəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
