
AnTuTu-da rekord xal toplamış OnePlus 6 haqqında yeni məlumatlar var
Elm & Texnologiya
14.03.2018
Emil
XDA saytının tərtibatçılarının yeni məlumatları OnePlus 6 smartfonunda iPhone X-dəki kimi ekran üzərində kiçik çıxıntının olacağı ehtimalını təsdiqləyir.
Bir neçə müddət bundan öncə isə
internetə yeni smartfonun fotoları sızdırılmışdı. OxygenOS əməliyyat sisteminin
kodunda həmçinin aşkar edilib ki, OnePlus 6-nın kod adı Enchilada-dır. Smartfon
ekranında iPhone X-dəki kimi kiçik çıxıntının olacağı da bir neçə müddət bundan
öncə AnTuTu-da paylaşılmış fotonun real olduğunu təsdiqləyir.

Güman olunur ki,
smartfon 19:9 nisbətində ekrana sahib olacaq. Fotolardan belə qənaətə gəlmək
olar ki, OnePlus 6 şüşədən hazırlanmış korpus ilə təchiz olunacaq. Bu isə o deməkdir
ki, cihaz naqilsiz şarj özəlliyini dəstəkləyə bilər. Lakin qeyd etmək lazımdır ki,
bir neçə müddət bundan öncə şirkət naqilsiz şarj özəlliyini dəstəkləmədiyini
bildirmişdi.

Bundan əlavə olaraq fotoda həmçinin ikili arxa kameranı və barmaq
izi skanı texnologiyasını görmək olar. Smartfon Snapdragon 845 prosessoru ilə təchiz
olunacaq. Bu prosessor sayəsində OnePlus 6 AnTuTu testindən ən yüksək xal ilə
(276.510 xal) keçib. Məlumata əsasən smartfon iki variantda satışa çıxacaq: 6
GB RAM + 64 GB daxili yaddaş və 8 GB RAM + 128 GB daxili yaddaş. Şirkətin
CEO-su bu ilin əvvəlində qeyd etmişdi ki, yeni smartfon 2018-ci ilin ikinci
rübündə, yəni təqribi olaraq İyun ayında təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
