Logo
    main-post-cover

    AOC Q27G10E adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    24.11.2023
    Emil
         AOC şirkəti Aegis Q27G4 ilə yanaşı daha bir gaming monitorunu təqdim edib. Bu dəfə söhbət, AOC Q27G10E adlı büdcəli monitordan gedir. Sözügedən monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. O, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 DisplayPort 1.4 girişlərini birləşdirir. AOC Q27G10E monitoru 1 dekabr tarixində Çində satışa çıxacaq və 154$-a satılacaq. Onun digər regionlarda satılıb satılmayacağı isə bilinmir.
    Paylaş